Etiket: Saxlaram

Saxlaram – Məmməd Qədir

Səni sevgiyə tutaram, Qızılda, ləldə saxlaram. İçimə çəkərəm səni, Dodaqda, dildə saxlaram. Kərəm elə qonağına, Oğrunca girim bağına, Sevgi çilərəm tağına, Çiçəkdə, güldə saxlaram. Eşqdən ev-eşik tikərəm, Sevgindən işıq çəkərəm, Arı tək keşik çəkərəm, Cəməndə, çöldə saxlaram. Xala qonub yanağında, Bülbül ollam budağında, Dodağımı dodağında, Əlimi teldə saxlaram. Esq güldü, qoxla, qadası, Sınaq et, yoxla, […]