Etiket Arxivi: Məmməd Qədir

Apr 15

Saxlaram – Məmməd Qədir

Səni sevgiyə tutaram, Qızılda, ləldə saxlaram. İçimə çəkərəm səni, Dodaqda, dildə saxlaram. Kərəm elə qonağına, Oğrunca girim bağına, Sevgi çilərəm tağına, Çiçəkdə, güldə saxlaram. Eşqdən ev-eşik tikərəm, Sevgindən işıq çəkərəm, Arı tək keşik çəkərəm, Cəməndə, çöldə saxlaram. Xala qonub yanağında, Bülbül ollam budağında, Dodağımı dodağında, Əlimi teldə saxlaram. Esq güldü, qoxla, qadası, Sınaq et, yoxla, …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4243

Mar 31

Yetirmir daha – Məmməd Qədir

Bu qədər həsrəti yedirmə, nolar, Ürəyim ayrılıq götürmür daha. Dözümü qəm vurub, səbrimi şimşək, Ümidim dərdləri ötürmür daha . Canımın təpəri, inadı sınmış, Dərdin ürəyimi sınadı, – sınmış, Ümid leyləyinin qanadı sınmış, Bəmbəyaz arzular gətirmir daha. Qəmə calaq oldum, dərdə bitişdim, Nə öldüm, nə qəlbidaşa yetişdim, Payızda gözləyib qışa yetişdim, Taleyim gül-çiçək bitirmir daha. Baş …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4163