Ağac – Səyyad Məcid Kamal

Ağac.   Ən uca ağacların, Kökü ən dərin imiş. Kökü dərin ağacın , Kölgəsi sərin imiş.   Azərbaycan ən uca. Ağacıdır türklərin. Həm göylərə ucalıb, Həm dərindi kökləri.   Neçə millət qorunur, Bu ağac kğlgəsində. Mən də körpə fidanam, Ağaclar ölkəsində… Oxunma sayı: 148

Cəhənnəm – İsa Muğanna

“”Cəhənnəm” deyilən doğrudan da varmı, ya yoxdur? Varsa, ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daimi əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub? Və ya cəhənnəm yoxdursa, bir para adamın dediyi kimi, “insanı bəd əməldən çəkindirmək, qorxutmaq üçün Din uydurmasıdır. Elə isə bir ağıllı və məntiqi sual da doğur ki, əgər […]

Səni sevəndə – Səyyad Sərraf

Mən səni sevəndə dünya firavan, Ömrümün gül açan , bahar çağıydı. Elə bilirdim ki, mənimdir dövran, Atam cavan idi, anam sağ idi. Mən səni sevəndə hər şey tərtəmiz, Riyadan, məkrdən dünya xalıydı. Hər zaman vurardı qoşa qəlbimiz, Bu haldan bir ancaq tanrı halıydı. Sənsiz ürəyimdə qəm dönüb dağa, Vermişəm şeirə könül varımı. Gündə neçə dəfə […]

“Tatar çölü”ndə bir qərinəlik ömür – VİDEO

Adı dillərdə dastan olan Bastiani qalasında xidmət edəcəyini bildiyi gün qürur duymuşdu. Qalaya ayaq basdığı an fikri tamam dəyişdi. Tezliklə şəhərə, qarnizona qayıtmaq istədi. Amma qaladan ona bildirirlər ki, geri qayıtmaq üçün azından 4 ay burada xidmət etməlidir. Leytenant Covanni Droqonun Bastiani qalasındakı 4 ay müddətlə başlayan xidməti beləcə uzanır. Məşhur italyan yazıçı Dino Bussatinin […]

Gülərsiz Gülərli ömür sürürəm

Telman Gülər Təravət Gülərsiz yaşamaq olurmuş demə, Kim qınar itirib yaşayanları? Tanrı dözüm verib möhkəm yaradır, İçində dərd yükün daşıyanları. Həyatda hər bir şey ağrıdan doğur, Dünya tarazlığın mərddə saxlayır. Hər şeyin ləzzətin sevincdə açır, Hər şeyin mənasın dərddə saxlayır. Bütün nəğmələrin mayasına bax, Sevinclə oxunur, qəmdə köklənib. Bir ağız muğam de, bayatı çağır, Görərsən […]

Qətl günü – Yusif Səmədoğlu

Şərin bədii obrazının yaradıldığı ən güclü bədii nümunə kimi göstərilən, çağdaş Azərbaycan ədbiyyatının ən çox müzakirə olunan əsərlərindən biri – Yusif Səmədoğlunun qətl günü romanı. Roman son zamanlar yenidən müzakirə mövzusu olmuş, ətrafında yeni polemikalar yaratmışdır. Həm forması, həm də məzmunu ilə müasir ədəbiyyatımıza bəzi yeniliklər gətirmiş bu roman “Əlyazma” ədəbiyyat portalının təqdimatında… Kitabı buradan […]

Susmuş dəniz görmüsənmi?

Aqşin Dadaşoğlu Susmuş dəniz görmüsənmi? Səhərdi, dəniz yuxulum, Səndən keçir yuxu yolum, Ey mənim dəniz arzulum, Susmuş dəniz görmüsənmi?! Çaylar dolar dənizlərə, Sevgim sənə dolan kimi. İlk öpüşdən sonrakılar, Xəyal kimi, yalan kimi… Susmuş dəniz görmüsənmi?! Pullu, dilli, qara telli, Gündə bir qız sevən oğlan. Aldatdığın bir gözəlin, Yuxusuna dolan oğlan,- Susmuş dəniz görmüsənmi?! Hörüklərin […]

Dəli Kür

“Əlyazma” ədəbiyyat portalı Azərbaycan ədəbiyyatının sanballı imzalarından olan İsmayıl Şıxlının “Dəli Kür” əsərini elektron formada təqdim edir. “Dəli Kür” romanı XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxilolma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla göstərən bir əsərdir. Xalqımızın milli oyanış dövrü Göytəpə kəndində baş verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə […]

Xiyar – Satirik şeir

Sabir Nemətov (zəhmətinin bəhrəsini görməyən bir kəndlinin dilindən) Bir zaman şaftalının aşiqi-sadiqi idik, Biz onun zəhmətini gör neçə ildir ki, yedik, Hüsnünü vəsf eləyib, şəninə tərif də dedik, Adına bağlı olub indi şərəf, şan, a xiyar,- Eyləmə halımızı bunca pərişan, a xiyar. Dolanıb tağlarının başına pərvanə kimi, Məcnunuq, Leylisinin hüsnünə heyranə, Sənə qulluq edirik səhərdən […]

Muğayat olun

Fərzalı Ziyanur Bu payız günündə sizi görməyə, A dağlar, bir xanım- xatun qız gəlib. Görüb qoynundakı gözəllikləri, Dalaraq xəyala, bir az kövrəlib. Çünki tər-təmizdir ürəyi onun, Daşlardan süzülən bulaq suyu tək. Odludur baxışı, gözləri onun, Qəlbində çağlayar min arzu, dilək. A dağlar, bu qızdan muğayat olun, Bilin siz, dağların ceyranıdır o. Qoy gəzib-dolansın çölü, çəməni, […]