Mar 30

“Şənbə”- Bir Qismət esse(si)

Elyazma.org Qismət Rüstəmovun “Şənbə” essesini təqdim edir: Meqapolis göylərə meydan oxuyan gigant göydələnləri, alış-veriş mərkəzləri, insanı həmişə hazırlıqsız yaxalayan milyon-milyon balaca yolayrıcı ilə həm min bir gecədir, həm də min bir gündüz. Bir də var bu minbaşlı divin həftə sonları. Dünyanın siyasi xəritəsini bu yazının içinə sərib, tələsik, qaba hökmlər verməkdən uzağam, amma deyim ki, …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4160

Mar 30

Oğlunu çəkiclə ödürən ata təqsirkar deyil

Bilirsinizmi sabirabadlı ata azyaşlı oğlunu niyə öldürüb? Arvadının ona xəyanət etdiyini bildiyinə görəmi? Oğlunun özündən olmamasını düşündüyünə görəmi? Yox. Balaca Röyamini bu gün atası öldürməsəydi, sabah onsuz da cəmiyyət onun üçün bir ad tapacaqdı, bu adla onu çimdik-çimdik öldürəcəkdi. Bicbala! Bu gün atası Royal onu öldürməsəydi həmin atanı da toplum xırda-xırda məhv edəcəkdi. Peysər! Bilirsinizmi …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4158

Mar 27

Mövlud, səni qarğış tutdu, alqış tutmadı səni

Əlyazma.org Azər Qaraçənlinin Mövlud Mövluda yazdığı şeiri təqdim edir. Sən özünü göydən atdın, Göydə quşlar hanı bəs? Sənə sağlıq deyilmişdi, O alqışlar hanı bəs? Sən özünü gecə atdın, Quşlar yatan çağ olub, Göydə yarasalar uçub, Bir də bayquşlar olub. Kor yarasa yaxın gəlməz, Bayquş görsə tutarmı heç? Uçan adam ağla gəlsə, Qalan quşlar yatarmı heç? …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4154

Mar 27

Aqşin Yenisey – “Deyəsən, öz günahkarı üçün darıxıb qədim və müqəddəs işgəncə?”

Əlyazma.org Aqşin Yeniseyin “Əcinnə” şeirini təqdim edir. İkiayaqlı, yekəqarın qarışqaların Əllərində yem, gözlərində qəm daşıdığı yuvalarıdı, bu dar qapılı evlər Gündoğandan, günbatanacan həmişə acdır içindəkilər. Damları namusunu örtər, qapıları dost üzü gözlər xəyanətə taybatay açılan qollarıdı pəncərələr. Dəniz sahilindəki şəhər – gözəl və ötəri Sakinləridi eybəcər talelər – eybəcər və gəldigedər! Dəniz tanrının güzgüsü… Yorğunluq …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4148

Mar 27

XOŞ XƏBƏR – Kənan Hacı işlə təmin edild

Yazar Kənan Hacı işlə təmin olunub. Şairin Əlyazma.org -a verdiyi açıqlamaya görə artıq bu gündən işə başlayacaq: “Yaradıcılıq fondundan zəng elədilər. Artıq bu gündən işə dəvət ediblər. SİM-SİM.AZ mədəniyyət portalında redaktor işi təklif ediblər. Razılaşdıq. Artıq işə başlayıram. Yəqin ki, bu saytda ədəbi yazılarım da yayımlanacaq”. Qeyd edək ki, Kənan Hacı 20 ildən artıqdır ədəbi …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4151

Mar 27

Cəlil Cavanşir – Mən həmişə tənhayam

Əlyazma.org Cəlil Cavanşirin “Doktora yazılan şeirlər” silsiləsindən şeirlərini təqdim edir. Mən həmişə tənhayam… Min işıq ili uzaqda, yadsan, özgəsən, soyuqsan Hara çevrilirəm sənsən, hara çevrilirəm yoxsan… sən özün boyda məchulsan, sən özün boyda boşluqsan Sən indi daha çox göz yaşısan, doktor Ağrılar səndən yaxındı, ağrı dolaşır qanımı Yoxsan əllərim üşüyür Hardasa bir ulduz axır, hardasa ildırım …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4144

Mar 27

Rasim Qaraca – Əşyalar

Əlyazma.org Rasim Qaracanın “Əşyalar” silsiləsindən şeirlərini təqdim edir. Gəmi dənizin altında səssizcə durur balıqlar üzüşür göyərtəsində dirsəklənib xəyala dalmış kimi bir az yana əyili batmış desəniz gülümsünüb köks ötürəcək bul-bul hava köpükləri buraxaraq sadəcə sevgilimlə iç-içə oldum deyəcək Oxunma sayı: 9

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4141

Yan 17

Metrodan düzgün istifadə qaydaları – İRONİYA

Yerin üstü ilə, altının böyük fərqi var; bu fərq ən qədim miflərdən süzülüb gələn ənənələrlə bağlı bir məqamdır. Odur ki, yerin üstündə kim necə davranırsa, öz işidir, yerin altına girəndə bəzi qaydalara mütləq riayət etməliyik. Elə edək ki, metroya girərkən ən rahat ictimai nəqliyyat vasitəsindən istifadə etdiyimizi deyil, boyumuzu yerə soxduğumuzu yaxşı-yaxşı anlayaq. Əsas odur …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4138

Yan 16

Dünya şöhrətli Azərbaycan rəssamı: “Bayrağım Vindzor sarayına sancılıb”

Elyazma.org Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki Sakit Məmmədovla müsahibəni təqdim edir. Sakit müəllim, xoş gördük. Yorulmayasınız. İş başında görüşdük sizinlə, hansı əsər üzərində çalışırsınız? Çoxu elə düşünür ki, mən çox vaxt xarici ölkələrdə oluram. Amma mən xarici ölkələrdə işimlə əlaqəli qısa müddətli …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4135

Avq 12

Tikanlıqda çiçək misalı – Xaçmazdakı kitab-kafedə bir neçə saat

Sərdar Amin: “İşə tam olaraq biznes gözü ilə baxmırıq” Kitab bizim ağrılı yerimizdir. Paytaxtda kitab mağazaları kababxanalara, restoranlara uduzduqca, biz kitab əldə etmək üçün şəhərin bir ucundan o biri ucuna ayaq döydükcə də bu davam edəcək. Elektron kitab, reader, internet mütaliəsi, telefona endirilmiş kitablar… Bunların hamısı var, razıyam. Amma bir də klassik kitabçılar var, yəni …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4130

Səhifə 4 - 97« İlk...23456...102030...Son »