Atasan, necə atasan… – Məmməd Qədir

Gündüzün günahlarını, Toplayıb gecə atasan. Dərd ki, sənin övladındı, Atasan, necə atasan… Saçında qar olanları, Bəxtə mismar olanları, Ömründə var olanları, Götürüb heçə atasan. Ürəyində yarpaqlayan, Başını qoyub ağlayan, Səni hər gün qucaqlayan, Dərdləri necə atasan. Çəkəsən dərdi fil kimi, Daşıb gedəsən Nil kimi, Ayrılığı zibil kimi, Süpürüb küncə atasan… Oxunma sayı: 311

2 il… – Hədiyyə Şəfaqət

Anam iki il əvvəl, bu gün getdi… Çox sevdiyi Apreldə… “Almalar çiçəklədisə, daha ölmərəm”-deyərdi… …Mənim nağıllarım başqa cürəydi İçində yaz otu, Çol iyi vardı Adi adamların hekayətləri, Adi adamların ürəyi vardı Bir budaq sınanda anamın əli Sehrli olurdu, sirli olurdu Ölümdən, məzardan qorxmayım deyə Mənim nağıllarım diri olurdu… Bir çoban, Bir qoca, Bir də bir […]