Kamal Abdulla – “Birun – Əndərun” oyunları

Vaxt var idi, evlərimizdə bir-birindən kəskin sərhədlə ayrılan iki qisim var idi. Bunların birinin adı Birun, o birinin adı Əndərun idi. Bunların münasibəti sadəcə gizlin-aşkar münasibətləri deyil. Bəs daha nədir? Birun hamı üçün idi. Qonaqlar, yaxınlar, uzaqlar ancaq birunun içində hərlənə bilərdilər, onlar birundan o tərəfə, yəni, əndəruna keçə bilməzdilər. Əndərun isə xas ailə üçün […]

Cəlil Cavanşir – Amor omnia vincit

Əlyazma.org Cəlil Cavanşirin “Doktora yazılan şeirlər” silsiləsindən Amor omnia vincit şeirini təqdim edir. indi, bu dəqiqə, bu an: bir kəpənək qanad çalmırsa dünyanın bu başında demək kimsə okeanın o tayında havasızlıqdan boğulur… indi Suriyada, Hələbdə öldürülürsə uşaqlar yəqin Himalayın ətəklərində hansısa kənddə doğulur -doktor, reankarnasiya gerçəkdirmi? indi, bu dəqiqə, bu an öz həyatımı canlandırıram absurd teatr […]

Orhan Pamuk – Öpüşmək

Əlyazma.org görkəmli türk romançısı Orxan Pamukun “Venesiyada öpüşmək” adlı essesini təqdim edir. Rialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü. Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı. Böyük Kanalın […]

Aqşin Dadaşoğlu – Sən mənim…

Desələr ki, unutmuşam, inanma, Ömrüm boyu yadımdasan, sən mənim. Öz yolumdan qayıtmışam? Inanma. Mənliyimdə, adımdasan sən mənim. Yenə köçür durnaların dəstəsi, Həsrətindən oldum könül xəstəsi, Sızıldayır ürəyimin bəstəsi, Kamanımda, udumdasan sən mənim. Sən olmasan, ruhum qalmaz canımda, Sənsiz məndən üz çevirər canım da, Ellərinin hərarəti qanımda, Dodağımın dadındasan sən mənim. Sənin ilə sevinc gedib, gülmürəm, […]

Üzülmə – Aynur Ağabalayeva

Aynur

Dünyada bir ruhsuz qadın yaşayır, Şerində, sözündə adın yaşayır, Fikrində, qəlbində səni daşıyır, Cismi bu dünyadan köçsə, üzülmə. Varını yox sayıb, “yox”undan kecib, Coxunu yox sayıb, çoxundan kecib, Dogmadan, əzizdən, yaxından kecib, Ruhu ocagına köçsə, üzülmə. Bəlkə o yolunda qara daş olub?, Payız havasında ömrü qış olub. Bir gün yaxası ağ Qaranquş olub, Başqa bir […]

ÇESLAV MİLOŞ – SONUNCU ŞAMAN

(oçerk) Cavanşir Yusifli “Belə bir faktı qəti şəkildə bəyan edə bilərəm ki, Çeslav Miloş zəmanəmizin ən böyük şairlərindən biridir, bəlkə də birincisidir”. Onun haqqında bu fikri XX əsrin başqa bir nəhəng şairi İosif Brodski demişdi. Bu fikri dəyişdirmədən demək olar ki, o, böyük polyak poeziyasının da ən böyük nümayəndəsidir, vaxtilə eyni fikri Andre Jid Viktor […]

“Qadınlar” kitabından seçmələr – Eduardo Qaleano

Şəhrizad Sultan xəyanətə uğradığı üçün qisas hissi ilə hər gecə bir nəfərin boynunu vurdururdu. Şəfəq vaxtı evlənir, qürub zamanı subay olurdu. Qadınlar dalbadal əvvəlcə bəkarətlərini, sonra isə kəllələrini itirirdilər. Birinci gecənin sonunda bircə maraqlı hekayələr danışan Şəhrizad sağ qalmağı bacardı və sonrakı hər gün yeni bir hekayə danışıb yaşamağa davam etdi. Kimdənsə eşitdiyi, oxuduğu, ya […]

Fərqanə Misgərqızı – Səndən irəlidə gedən çiçəklər….

Görünür həyatda adamlar kimi Alın yazısı var, çiçəklərin də Taleyə yazılan sevinci, qəmi Onlar da yaşadır ləçəklərində. Bu gün bilsəydilər açardılarmı? Çiçəklər içində, gülzar içində Sənin ölmünə sarı getdilər, Göz yaşı içində, ah-zar içində Səndən irəlidə gedən çiçəklər Sənin yoxluğunun ünvanı, adı Səndən irəlidə gedən çiçəklər Niyə sağlığına qismət olmadı? Neçə sağlığına onlar gələsi Neçə […]

Yunus Əmrədə Mövlud Mövlud

Dünən Yunus Əmrə İnstitutunda gənc yazıçı Mövlud Mövludun anım gecəsi keçirilib. Tədbirə mərhum yazıçı Mövlud Mövludun yaxın dostları və qələm yoldaşları qatılıb. Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə keçirilən anım məclisini giriş sözü ilə fondun aparat rəhbəri, şair Qismət Rüstəmov açıb. Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış edərək salamlayıb, mərhuma Allahdan rəhmət diləyib. Yazıçı Səfər […]

Yetirmir daha – Məmməd Qədir

Bu qədər həsrəti yedirmə, nolar, Ürəyim ayrılıq götürmür daha. Dözümü qəm vurub, səbrimi şimşək, Ümidim dərdləri ötürmür daha . Canımın təpəri, inadı sınmış, Dərdin ürəyimi sınadı, – sınmış, Ümid leyləyinin qanadı sınmış, Bəmbəyaz arzular gətirmir daha. Qəmə calaq oldum, dərdə bitişdim, Nə öldüm, nə qəlbidaşa yetişdim, Payızda gözləyib qışa yetişdim, Taleyim gül-çiçək bitirmir daha. Baş […]