Quşlar qanadını salır… – Məmməd Qədir

İsti yuvasından didərgin düşür, Arı necə yığır balı, bilirsən? Bir nakam sevgidən od alıb lalə, Yandıqca qazanıb xalı, bilirsən? Xaliq xəlq elədi, sonra unutdu, Gözlərim nəmişdi, başım buluddu, Sevgisiz bir ürək nifrətə yurddu, Quşlar qanadını salır, bilirsən? Həyatın səhnədi, eşqi məşq elə, Oyna var gücünlə, ağla, qəşş elə, Nə qədər səndədir, sevgi bəxş elə, Fələk […]

Daha durnalara şeir yazmaram… – Aqşin Dadaşoğlu

Daha durnalara şeir yazmaram, Durnalar, bu eldən gəldi gedərdi,. Yalandı qaranquş, torağay, filan. Mənim Vətən quşum boz sərçələrdi. Donar şaxtasında, buzunda yurdun. Oynayar yolunda, tozunda yurdun, Hərdən kabab olar közündə yurdun. Mənim Vətən quşum boz sərçələrdi… Bizim əməyimiz sərçə əməyi, Bir az yem, bir yuva sərçə diləyi. Vallah ürəyimiz sərçə ürəyi, Mənim Vətən quşum boz […]

Zövq zövqsüzlük – Ülvi Bahadır

Ülvi Bahadır

Hal-hazırda təkcə bizdə deyil bütün dünyada kütləvi zövqsüzləşmə gedir.Bu hər sahədə belədi.Bu da əbəs yerə deyil.Çünki zövqsüz insanlar yaxşı və pisi ayırd edə bilmədiklərinə görə onları yönləndirmək də çox rahatdı. Azərbaycanın MANIS telekanallarından danışmağa dəyməz.Veriliş də bağlananda deyirlər ki,reytinq qurbanı oldu.Mütləq bir qurban olmalıdı da.Ya veriliş,ya da tamaşaçı. Ümumiyyətlə,bu ölkə öz mənəviyyətın siyasi nüfuza qurban […]

Məktublar – Qustav Flober

Ernest Şevalyeyə Cümə 14 avqust 1835-ci il, Ruan şəhəri. Əzizim Ernest! Artıq böyük məmnuniyyətlə söyləyə bilərəm ki, tezliklə sizə gələcəyik. Bunu əminliklə yazıram, çünki atam belə söylədi. Deməli, görüşməyimiz artıq sənlikdir. Ümid edirəm ki, həmişəki gözəl ənənənəyə sadiq qalıb bir həftəni bizdə keçirəcəksən. Mən artıq iki həftədir ki, “Fredaqonda”mı bitirmişəm və hətta akt yarımının üzünü […]

20 Yanvarda şəhid olmuş şairin şeirləri

“Əlyazma” “20 Yanvar şəhidi” Ülvi Bünyadzadənin şeirlərini təqdim edir. QOCALMAZ, SEVGİ QOCALMAZ Sevgi dolu, kədər dolu, Aylar, illər ötür keçir. Özümüz də heç bilmədən, Ömrümüzdən ömür keçir. Cavanlaşır balacalar, Qocalansa cavanlardı. Bu dünyada qocalmayan, Eşq yolunda yananlardı. Qocalmaz, sevgi qocalmaz, Ürək, ümid qocalmasa. Qocalmaz, sevgi qocalmaz, Onu qocaldan olmasa. HEYİF Kİ… Ürəyim sevməyir, sevməyir səni, […]

İtmiş dünyanın balladası – Şərif Ağayar

“Əlyazma” Şərif Ağayarın “İtmiş dünyanın balladası” hekayəsini təqdim edir. Əhməd kişi saqqallı üzünü üzümə yaxınlaşdırıb əlindəki əsanın ucuyla qatı qaranlığın qurşun keçməz dərinliklərini göstərdi: “Baaax, görürsən?”. Gözümü qıyıb nə qədər diqqətlə baxsam da heç nə görə bilmədim. “Sən çox uzağa baxırsan, ona görə görmürsən” – başını buladı – “Burdan-bura qəsəbənin işıqlarını görmürsən” – azca duruxub əlavə […]

Tanışlıq – Hans Ryösler

Deməli, siz bilmək istəyirsiniz ki, mən ərimlə necə tanış olmuşam? – Frau Matilda xəbər aldı. – Bu çox romantik bir əhvalatdır. Onda mənim on doqquz yaşım vardı və mən intizarla ilk məhəbbətimin gözləyirdim. Əlbəttə, məni görüşə dəvət edirdilər, ancaq bunlar əsl məhəbbət deyildi. Mən həmişə xoş bir gündə ağ atın belində peyda olub bütün həyatımı […]

Mən Dədə Qorqud… – Sərdar Amin

Sərdar Amin

Ağlamalı olmasa da, ağlamsınmalı bir halım var, Ona yaxınlaşdıqca belə pərişan olur insan, Gözlərim yumulan kimi xatirələr mənasız ruhumu qanadlayır… Düşündüklərim dilimi tərpədir biixtiyar, Belə öz özünə danışan olur insan. Belə gülüşürmüş balaca-balaca uşaqlar adama. Beləcə göy üzü göl olubmuş – gözlərimiz dama-dama… Baharım baxçamdan bəlli, yaşım başıma təsəlli… Saçlarım üzümə ağ. Məzarla sızıldaşan qara […]

Bataqlıq – Akutaqava Rünesko

Bu əhvalat bir yağışlı gündə, nahardan sonra olmuşdu. Şəkil qalereyası zallarının birində yağlı boya ilə işlənmiş bir şəkil tapdım. “Tapdım”  demək bəlkə də bir az böyük çıxır, çünki məhz belə deməyə əsas yoxdu; axı yarıqaranlıq küncdə ancaq bu şəkil asılmışdı,yalnız o idi dəhşətli dərəcədə kasıb çərçivəyə salınan, elə bil asan kimi də unutmuşdular. Şəkil “Bataqlıq” adlanırdı, müəllifi tanınmış […]

Ölüm haqqında aforizmlər – Mişel Monten

“Həyatınız harada sona çatsa, orada tamam olmuşdur. Həyatın dəyəri uzun yaşamaqda deyil, yaxşı yaşamaqdadır: elə uzun yaşayanlar var ki, çox az yaşayıblar”. Mişel de Monten, “Esselər”dən Ölüm Madam ki, ölümün qarşısını almaq mümkün deyil, onda ürəyi nə vaxt istəyir, gəlsin. Sokrata deyəndə ki: “Otuz Zalım səni ölümə məhkum etdi”, “Təbiət da onları!” cavabını vermişdi. Bütün […]