Kərim Dünyamalı

Kərim Dunyamalı

Kərim Dunyamalı

Tanınmış araşdırmacı-yazar, Qarabağ muharibəsi veteranı Hacı Kərim Həmdulla oğlu Dunyamalı 1953-cu ildə Quba rayonunda ziyalı ailəsində anadan olmuşdur.
1981-ci ildə Kiyev Rəssamlıq Məktəbini bitirmiş, Taras Şevcenko adına Kiyev Dovlət universitetinin tarix fakultəsinin dinləyicisi olmuşdur. Ağac uzərində və yağlı boya ilə işlədiyi əsərlərini (1981 – 1982-ci illərdə) Kiyev şəhərinin “Xalq yaradıcılığı birliyi”ndə numayiş etdirmişdir. K.Dunyamalı 1981-ci ildə Kiyev şəhərində ilk dəfə olaraq “Azəri” dərnəyini yaradıb, Azərbaycan mədəniyyətinin, incəsənətinin tanınıb – yayılması istiqamətində işlər aparmışdır. Vətənin ağır gunlərində Ukrayna Respublikasında IV kursda oxuduğu zaman təhsilini tamamlamadan, fəaliyyətini dayandırıb olkəyə qayıtmış, 39 yaşında ikən – 1991-ci ildə konullu olaraq cəbhəyə yola duşmuşdur. 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Ordusunun xususi – təyinatlı əlahiddə taborunda zabit kimi xidmət etmişdir. O, Fizuli, Qubadlı, Zəngilan, Ağdam, Lacın, Ağdərə, Martuni, Tərtər rayonlarının doyuş bolgələrində gedən amansız doyuşlərin və bir cox kəşfiyyat xarakterli əməliyyatların iştirakcısıdır. 1994-cu il mayın 4-də Carabert yaşayış məntəqəsində (3-cu sovxoz) muhasirəyə duşən “N” saylı piyada taborunun bir tağım əsgərini rəhbərliyi ələ alaraq itkisiz xilas etmişdir. Doyuşlərdə gostərdiyi şəxsi şucaətinə gorə tabor komandanlığının (16.06.1994) və Ali Baş Komandanın (17.03.1995) təşəkkurunu almışdır. Burada, Xidməti xasiyyətnamədən bir necə cumləni təqdim etmək yerinə duşər: “…Kərim Dunyamalının ideya və mənəvi səviyyəsi yuksəkdir.Əksər doyuş silahlarından istifadə qaydalarını bilir.Şəxsi heyyətin etimadını doğrultmağla bərabər,əskər və zabitlərin də dərin hormətini qazanmışdır…’’ XTƏT komandiri polkovnik Ağayev E.(08.06.1995)
Yazıcı-doyuşcu K. Dunyamalının Qarabağ savaşları, kecdiyi doyuş yolları və yaradıcılığı haqqında “Zaman ” (1999 fevral), “Xalq qəzeti”(2001 yanvar), “And” (fevral 2009),“Turkustan”(yanvar 2013) və b.mərkəzi və bolgə mətbuatında geniş yazılar dərc olunmuşdur. Yazıcının olkənin muxtəlif şəhər və rayonlarında goruşləri və kitablarının təqdimatı kecirilmişdir.
Atəşkəsdən sonra, 1995-ci ildə ehtiyata buraxılan Kərim Dunyamalı “Əlillər” qəzetinin bolgə muxbiri, “Azərbaycan XXI əsrdə” qəzetində – elm, təhsil və mədəniyyət şobəsinin mudiri, “Mərifət” qəzetinin baş redaktoru, Xəyal TV-nin icracı direktoru vəzifəsində calışmışdır. O, 2006-cı ildən Azərbaycan Yazıcılar Birliyinin, 2009-cu ildən Dunya Azerbaycanlıları Konqresinin uzvu və muxtəlif janrlarda yazılmış sənədli-tarixi povestlərdən ibarət 10 kitab muəllifidir.
İlk olaraq xususi təyinatli taborun doyuş yolunu işıqlandırmış, cəbhədə baş verən uğurlardan və uğursuzluğların səbəblərindən bəhs edən “Qələbəni odlu qəlb əldə edir”,”Min gun cəbhədə” sənədli povestlərini nəşr etdirmişdir. 1918-20-ci illərdə Qubada torədilmiş erməni-bolşevik vəhşiliklərini, muqavimətin təşkil olunmasında Əlibəy Zizikskinin rolunu “Qana boyanmış illər” tarixi povestində acıb gostərmişdir.O,dovrunun boyuk şəxsiyyəti, ovliya kimi tanınan İbrahim Əfəndinin keşməkeşli həyatını “Bir soyun taleyi” kitabinda qələmə almış , ardınca “Əsrlərdən gələn səslər, nəsillərdən qalan izlər” adlı məlumatlarla,faktlarla zəngin elmi-publisistik kitabını oxuculara təqdim etmisdir . “Şeytan mərhəməti”povestində isə cəmiyyətdə baş verən neqativ hallar, onların səbəbləri və cıxış yollarının bədii təqdimatı sənətkarlıqla əksini tapmişdır.”Yaddaşlarda qorunan tarix: Arxivlərin lal sukutu…”tədqiqat əsəri Quba tarixində Zizik kəndinin tutduğu yerin əhəmiyyətindən bəhs edir. Azərbaycanın Milli Qəhrəmanı Albert Agarunovun həyat və doyuş yolunu əks etdirən “Vətən elin evidir” bioqrafik əsəri vətən anlayışının millət məfhumundan irəlidə gəldiyini subut edir. “İslam dini həyat nizamıdır” kitabı isə adından bilindiyi kimi islam dininin cəmiyyətdəki rolundan və iştirakcısı olduğu həcc ziyarətindən bəhs edir. O, dedektiv janrında yazdığı, cekist İldırım Poladovun “ASALA” erməni terror təşkilatının uzvləri və quldurlarla apardığı mubarizəyə, dərd-əzab yuklu həyatına həsr olunmuş “Olməzlər:kod adı 598” povestlərinin də muəllifidir. Habelə, dovri mətbuatda bir cox movzuları əhatə edən 100-ə yaxın məqaləsi də dərc olunmuşdur.
Birnəfəsə oxunan bu əsərlər mudrik kəlamlarla, tarixi faktlarla zəngin olmağla yanaşı gənclərdə milli-mənəvi dəyərlərə saygı və yurdsevərlik-vətəndaşlıq duyğularının aşılanmasında ozunəməxsus ədəbi-publisistik keyfiyyətlərə malikdir.
Onun yaradıcılığı haqqında alimlərdən, filologiya elmləri doktoru, professor N.Ələkbərli, tarix elmləri doktoru, professor Ş.F.Fərzəlibəyli,Q.Qeybullayev və Z.Babayev; yazarlardan O. Rza, İ. Turkay, A.Tağıyev, və R. Qusarcaylı xoş sozlər soyləmiş, ədəbi, ictimai, araşdırmacı fəalliyyətini yuksək qiymətləndirmişlər.Bunlardan ikisini secib təqdim etməklə kifayətlənirik:Professor Nazif Ələkbərlinin xatirə yazısından (Quba-mart 2004): “Qana boyanmiş illər ”, “Bir soyun taleyi ”, “Min gun cəbhədə”sənədli povestlərini oxudum. Ruhum heyrət və həyəcan talatumundə silkələndi. Sənin və yaradıcılığın haqda kitab yazmaq fikri beynimə doldu. Diyarımın elsevər oğlu, Tanrı bədxah insanlardan səni qorusun!” Yazıcı-publisist Aydın Tağıyev K.Dunyamalının kitabına yazdığı on sozdə-“Xain erməni qonşularımız torpaqlarımıza yağı kimi goz dikdikləri ,təcavuz etdikləri o gunlərdə soz pəhləvanları dillərinə guc verdilər. Kərim Dunyamalı isə səssiz-səmirsiz,haysız-kuysuz əlinə silah alıb doğma torpağın mudafiəsinə qalxdı.
Yazıcı – publisist Hacı Kərim Dunyamalı daha 2 kitabını oxuculara təqdim etmək ucun hazırlamaqdadır. Son olaraq biz də ona Azərbaycanın butovluyunu, Qarabağın azadlığını gorməyi və bu yolda can sağlığı, iman, kamilliyi, mubarizə əzmi və yaradıcılq uğurları arzulayırıq.
Cabir Albanturk
Ramin Mahmudov

Oxunma sayı: 415