Elimizin yazarları geri dön

Cabir Albantürk

Cabir Albantürk

Cabir Albantürk

Şair- publisist Cabir Albantürk 6 may 1961 – ci ildə Quba bölgəsinin Alpan kəndində anadan olub. Şeirləri, məqalələri 1983–cü ildən dövri mətbuatda və ədəbi toplularda çap olunur. Əvəllər C. Ağayev, C. Zaman, C. Alpoğlu imzaları ilə çıxış edib.1997-2000-ci ilərdə Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri olub. O, yaradıcı əlillərin 2- ci, 4- cü və 5- ci Ümumrespublika yaradıcılığ baxış- müsabiqələrinin, habelə Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı istiqlalçı deputatların keçirdiyi müsabiqənin də qaliblərindəndir.
O, həm də “Gülüstan”, “Məcməüş – şüəra” və “Ay işığı” ədəbi məclislərinin iştirakçısı, həftəlik “Qoroskop”, “Vətəndaş həmrəyliyi” və “Türküstan” qəzetlərinin bölgə yazarı, “Qədim Alpan və Albanlar”(Elm nəşr-2007), “Yaralı Varlığımız”(Qanun nəşr-2009) və “Üçüncü nöqtə”(Qanun 2011) kitablarının müəllifidir.
Tanınmış yazar, alim və ictimai xadimlərdən Ramiz Rövşən, Məmməd İsmayıl, Məmməd Aslan, Yusif Həsənbəy, Ələkbər Salahzadə, Paşa Qəlbinur, Şahin Fazil, Fikrət Qoca, Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Firudin Qurbansoy, Mirmahmud Mirəlioğlu, Yunus Oğuz, Akif Nağı və başqaları yaradıcılığı və kitabları haqqında müsbət fikirlər söyləmiş, məqalə və şeirlərini mükafata layiq bilmişlər. Yaradıcılığı, kitabları və yubileyi isə aşağıdakı qəzet, jurnal və toplularda işıqlandırılmışdır: Bölgə yazarı olduğu qəzetlərdən əlavə; Hürriyyət, Zaman, 525, Ədalət, Ekspress, Olaylar, Kaspi, Nəbz, Reytinq və b. qəzetlər, Ulduz və b. jurnallar, Yaşıl budaqlar və b. ədəbi toplularda.
O istedadlı qələm sahibi olmaqla yanaşı Xalq Azadlıq Hərəkatının fəalı və təşəbbüskar ictimaiyyətçi kimi də tanınır. Belə ki, C.Albantürk “Dünya Azərbaycanlıları Kongresi”, “Qarabağ Azadlıq Təşkilatı” və “Gözdən Əlillər Cəmiyyəti”nin fəal üzvlərindəndir.

Cabir Albantürkün aşağıdakı publisistik və bədii yazıları “Əlyazma” ədəbiyyat portalında yayımlanıb.

Şeir haqqında mənsur şeir

Bir mədhiyyənin məsuliyyəti

Oxunma sayı: 409

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?page_id=921

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>