Regional Televiziya – RTV (Xaçmaz)

RTV - loqo

RTV – loqo

“Regional” Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmaz rayonundan yayımlanır. RTV Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnalogiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziya Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarına yayımlanır. Quba rayonunun Dağlı kəndi və Siyəzən rayonunda Gilgilçay qəsəbəsi ərazisində yerləşdirilən ən son model teleötürücülər regionda ən keyfiyyətli yayım həyata keçirməyə imkan verir. RTV-nin struktur quruluşu 5 departament və 1 xidmətdən ibarətdir. Xəbərlər, Sosial- İctimai Proqramlar departamenti, Proqram departamenti, Texniki departament, Yaradıcılıq departamenti, Maliyyə və Kadrlar departamenti və Təsərrüfat, Mühafizə, Nəqliyyat Xidməti departamenti. Televiziyada 100-dən artıq şəxs çalışır.

Kollektiv uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perespektivli gənclərdən təşkil olunub. RTV-də həftəlik yayımın həcmi 133 saatdır. Yayımın 70%-i televiziyanın öz istehsalı olan proqramlar, 30% -i isə ödəniş əsasında müəlliflik hüququ ilə əldə olunan film, konsert və müxtəlif proqramlardır. Bu gün Regional Televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 proqram yayımlanır. Kanal hər səhər saat 07:00-da efirə start verir. 2 saatlıq “Gün başladı” səhər proqramı regional televiziyaçılıq tarixində ilk peşəkar səhər proqramıdır. Telekanalın xəbərlər xidməti fəaliyyatə başladığı gündən operativliyi və baş verənlərə obyektiv münasibəti ilə rəğbət qazanıb.

RTV

RTV

RTV respublikada dublyaj studiyası olan ilk regional televiziya kanalıdır. Burada artıq 1000-dən artıq bədii və sənədli film Azərbaycan dilində səsləndirilib. RTV fəaliyyətə başladığı ilk gündən Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. Televiziyaçılığa peşəkar yanaşma şirkətin əsas prioritetidir. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. RTV 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib.

“Xəbər Vaxtı” informasiya buraxılışı “yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına” görə, “Media Açarı 2010” mükafatına layiq görülüb. Xatırladaq ki, RTV təsis olunduqdan bəri bu mükafatı qazanan ilk regional media qurumudur. 2011-ci ildə isə televiziyanın istehsalı və Məhsim Məhsimovun müəllifi olduğu “İşıqlı zülmət” filmi H.Əliyev fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi, 36 yerli, 10 xarici filmin qatıldığı “Azərbaycan Ailəsi 2011” film festivalında ən yaxşı film nominasiyasında qalib olub. Bir sıra müsabiqələrdə uğurlu çıxışlarına görə, televiziyanın əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniyada təcrübə keçib.

Televiziyanın rəsmi web. saytı: www.regionaltv.az
facebook: www.facebook.com/regionaltv.az
e-ünvan: info@rtv.az

Oxunma sayı: 429