Mədəniyyət ocaqları geri dön

“Qusar-Кцlар” qəzeti

"Qusar" qəzeti

“Qusar” qəzeti

1932-ci ildə Hil rayon partiya təşkilatı və icraiyyə komitəsinin orqanı kimi “Sosyalizm tempi” adı ilə ləzgi dilində nəşrə başlamışdır. Daha sonra “Qızıl Qusar” adlanıbdır.
İlk redaktoru Nurəddin Şərifov idi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet “Qusar” adlanmışdır və səhifələrndə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir.

“Qusar” respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Məhz buna görə ən çətin anlarda belə fəaliyyətini davam etdirmiş, kiçik bir kollektivin zəhməti ilə oxuculara fasiləsiz olaraq maraqlı saylar təqdim edilmişdir. Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sezixanova 2010-cu ildə “Əməkdar jurnalist” fəxri adı verilmişdir.

Bölgədə mətbəənin yoxluğu ucbatından Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet yeniləşməklə bərabər özünəməxsus ənənələri davam etdirir, iki dildə- azərbaycanca və ləzgicə materiallar verir.

Oxunma sayı: 424

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?page_id=376

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>