Mədəniyyət ocaqları geri dön

“Şəfəq” qəzeti

“Şəfəq” qəzeti quba rayonunda hazırlanan bir əsrə yaxın yaşı olan qəzetdir. Müxtəlif adlarla nəşr olunan qəzet özünəməxsus dəst-xətti ilə seçilib. Hadisə və proseslərə daim peşəkar yanaşma tərzi nümayiş etdirib. Bütün bunlar nəşri rayon sakinlərinin rəğbətini qazandırıb. Fərəhləndirici haldır ki, keçən ilin mart ayında qəzetin 8000-ci nömrəsi çapdan çıxıb. Müqayisə üçün bildirək ki, respublikada heç bir rayon qəzeti hələ bu səviyyəyə çatmayıb. Qəzetin belə şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olmuş Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əlihadı Kərimov, Camal Balayev, Mahmud Ağalarov, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov, Elmira Aşurova haqqında da bu gün ancaq xoş söz söyləmək olar. Onların böyük əməyi sayəsində qəzet belə şöhrət qazanmış və zamanın sərt sınağından alnı açıq çıxıb.
O, 1921-ci ilin aprel ayından “Əxbar” adı ilə çıxan nəşrin müxtəlif illərdə “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Qızıl Quba”, “Quba” adları ilə fəaliyyət göstərib. “Lakin bu illər ərzində dəyişən yalnız adlar olub. Öz çoxillik təcrübəsinə arxalanan “Şəfəq” yüzlərlə jurnalist kadrları yetişdirib və bölgədə həmişə flaqman rolunu oynayıb, qonşu rayonlarda mətbuatın inkişafına hərtərəfli kömək göstərib. “Şəfəq” hazırda Quba Rayon İcra Hakimiyyəti və jurnalist kollektivinin təsisçiliyi ilə işıq üzü görür.

Oxunma sayı: 418

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?page_id=368

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>