Xaçmaz Mərkəzi Kitabxana Sistemi

Xaçmaz rayon Mərkəzi kitabxanası RİK-nin 26/42 saylı protokoluna əsasən 1934-cü ildə yaradılmış

Xaçmaz MKS

Xaçmaz MKS

və 1976 cı ildə mərkəzləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli” Azərbaycan Respublikasının şəhər(rayon)Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müstəqil kitabxanaların, şəhər,qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında qərarına uyğun olaraq Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi aşağıdakı strukturdan ibarətdir:

1.Oxuculara xidmət şöbəsi.
2. Komplektləşdirmə və kitabişləmə şöbəsi.
3. Metodika-biblioqrafiya şöbəsi.
4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.
5. İnformasiya-resurs şöbəsi .
6. Uşaq şöbəsi

Xidmət şöbəsi

Mərkəzi Kitabxananın Xidmət şöbəsi əhaliyə abonement və oxu zalı vasitəsilə xidmət göstərir.
Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir.

Komplektləşdirmə və kitabişləmə şöbəsi
Şöbə oxucuların ümumtəhsil, mədəni və peşə sorğularının ödənilməsi üçün kitabxananın universal profilli kitab fondunu komplektləşdirir.

MSKDövlət vəsaiti hesabına yeni ədəbiyyatları almaqla, Prezident aparatından, M.F.Axundov adına Milli kitabxanadan kitab mübadiləsi yolu ilə, nəşriyyatların və müəlliflərin bağışladıqları kitablar hesabına kitab fondunu daim zənginləşdirir.

Yeni daxil olan ədəbiyyatın uçotunu aparır, dövrü nəşrlərə abunə işini təşkil edir, kataloq sisteminin aparılmasına və fondun mühafizəsinə nəzarət edir.

Metodika-biblioqrafiya şöbəsi
Məlumat-biblioqrafiya və Təşkilati-metodika şöbələri birləşdirilərək 2012-ci ildən Metodika-biblioqrafiya adlandırılmışdır.

Şöbə sistemin bölmələrinin və kənd kitabxana filiallarının fəaliyyətini məzmun, forma və metodik baxımdan əlaqələndirir, kitabxanalarda biblioqrafiya işinin təşkilinə nəzarət edir. İşin yeni üsül və metodlarını öyrənməklə qabaqcıl təcrübəni aşkar edir, kadrların ixtisaslarının artırılması işinin təşkil olunmasına kömək edir.

Kütləvi tədbirlərin keçirilməsinə metodik yardım göstərir, müxtəlif mövzularda metodik vəsaitlər hazırlayır.

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
Mərkəzi Kitabxananın Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 2012-ci ildən fəaliyyət göstərir.

Yeni yaradılan bu şöbə kitabxananın elektron kataloqunun idarə olunması, onun Kataloqlaşdırma, Komplektləşdirmə, Oxucu, Kitabverilişi modullarının işini təşkil etmək, butunlukdə proqramın fəaliyyətinə Administrator modulu vasitəsi ilə nəzarət etmək, yeni elektron resursların yaradılması funksiyasını həyata keçirir.

İnformasiya-resurs şöbəsi

MKS Uşaq ədəbiyyatı

MKS Uşaq ədəbiyyatı

İnformasiya-resurs şöbəsi 2012-ci ildən fəaliyyət göstərir. Şöbə Mərkəzi kitabxananın Veb-saytının idarə olunması, kitabxananın Eletron Kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini həyata keçirir, şəbəkənin antivirus proqramının, lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir.

Uşaq şöbəsi
Mərkəzi Kitabxananın Uşaq şöbəsi müasir standartlara uyğun binada yerləşir. Şöbədə abonoment, kitab zalı və internet zalı fəaliyyət göstərir. Uşaq şöbəsinin işinin əsasını Respublikamızın həyatında baş verən ictimai – siyasi hadisələr, görkəmli şair və yazıçıların yubileyləri ilə əlaqədar verilən sərəncəmlar, qərarlar təşkil edir. Məktəb proqramına uyğun olaraq sinifdən xaric oxu üçün məktəbli oxucular, 1-9 yaş həddində olan oxucular həm kitabxananın fondundan, həmdəkitab mütaliəsi üçün internet xidmətindən istifadə edirlər. Həmçinin şöbədə oxucular üçün anket – sorğular keçirilir.
MKS-nin ÜMUMİ FONDU
Ümumi fond-625 min 656 nüsxə, Azərb dilində-554 min 569 nüsxə, İngilis dilində -6 min 35 nüsxə, rus dilində -65 min 052nüsxə təşkil edir.

Oxunma sayı: 452