Elat geri dön

Xızı

Xızı

Xızı

Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.
Yaranma tarixi – 24.04.1990, Ərazisi – 1.850 km², Əhalinin sayı – 15 min nəfər.
Xızı rayonu ilə Bakı arasında olan məsafə -104 km

Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.

Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir.

Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər «ağac» sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir. 

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı qəzasına aid olan Xızı kəndləri: Altıağac, Ağdərə, Allahyarlı, Baxşılı, Bəyəhmədyurd, Biləsən, Çaharqışlaq, Çərməzar, Darazarat, Düdar, Dəllər, Dizəvər, Ələz, Əmbizlər, Əngilan, Ərisguş, Əlməkolu, Fındığan, Gərmiyan, Gimçi, Gilənova, Gücövrə, Güneyqışlaq, Həmyə, Keş, Keçəllər, Künövşə, Pəmbə, Qars, Qalaşıxı, Qasımkənd, Qululu, Quşçu, Qərban, Qızılqazma, Sadan, Sayaddı, Siyəzən, Şurabad, Şurakənd (Surakat), Şıxlar, Tıxlı, Təkəli, Təzəkənd, Upa, Vərdəh, Xanəgah, Xızı, Xələnc, Xərgo, Xəndək, Xirək, Xışqədar, Xılmıllı, Xəll, Yarımca, Zarat, Zərgərli, Zöhrabkənd.

Rayonda tarixi abidələr çoxdur.
VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi, Bu qüllənin divarları salamat qalmışdır. Qüllə rayon mərkəzindən 9 km aralıdır.
Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları.
Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər türbəsi.
V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur.
Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir.

Rayonun görkəmli şəxsiyyətləri:
Cəfər Cabbarlı – Azərbaycanın görkəmli yazıçısı və dramaturqu. Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır. Milli kino sənətinin inkişafında və milli kadrların yetişdirilməsində çox böyük xidmətləri olmuşdur. «Azərbyacanfilm» kinostudiyası onun adını daşıyır.
Mikayıl Müşfiq – Azərbaycanın böyük ürəkli, nəhəng istedadlı, coşğun nəfəsli şairi. Mikayıl Müşfiq Xızıda doğulub boya-başa çatmışdır.
Məmməd Arif – Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir. 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1955), professor (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı.
Əlihüseyn Dağlı — Azərbaycan SSR Hərbi diviziya və Xəzər hərbi donanmasının hərbi prokuroru.
Mirabdulla İbrahimov — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1958-1977).
Bəybala Abbasov — Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.
Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.

Oxunma sayı: 450

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?page_id=351

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>