Qusar

Qusar şəhəri Azərbaycanın şimalında kiçik şəhər, eyniadlı inzibati rayonun mərkəzi. Qusarçay

Qusarın giriş hissəsi

Qusarın giriş hissəsi

vadisində, Qusar çayı üzərində yerləşir.Ərazisi 1542 km2 olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 01 noyabr 2011-ci il tarixə 90438 nəfərdir. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır. Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s. rast gəlinir. Burada təqribn 200 adda bitki və zəngin heyvanat aləmi mövcuddur. Rayonda 22500 hektar meşə sahəsi (palıd, fıstıq, vələs və s.) vardır.

Ərazisi

Qusar - dağ

Qusar – dağ

Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690-730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.

Abidələr

“Qusar rayonu ərazisində 78 tarix və mədəniyyət abidəsi vardır ki, bunlardan Həzrə kəndində yerləşən XVI əsrə aid Şeyx Cüneyd məqbərəsi ölkə əhəmiyyətli, Əniğ kəndində yerləşən XIII əsrə aid Qala divarları və qalanları isə yerli əhəmiyyətli abidələrdir.”
Şeyx Cüneyd türbəsi Həzrə kəndindədir. 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olmuş və burada dəfn olmuş Ərdəbil şeyxi Cüneydin (I Şah İsmayılın babası) qəbri üzərindədir.

Şeyx Cüneydin cənazəsinin qalıqları Ərdəbilə köçürüldükdən sonra
I Təhmasibin göstərişi ilə tikilmişdir. Abidənin fasadındakı kitabədə 1544-cü ildə tikildiyi göstərilir.

Bişmiş kərpiçdən inşa edilən kvadrat planlı əsas binadan və onun künclərindəki köməkçi otaqlardan – hücrələrdən ibarətdir.

Şeyx Cüneyd türbəsi

Şeyx Cüneyd türbəsi

Türbənin dörd divarının hər birində giriş açırımlar (qapı yerləri) var. Dördüncü hücrənin içərisində türbənin günbəzinə pilləkən qalxır.
Türbənin iç səthi 1,42 hündürlüyədək mavi və qara-bənövşəyi rəngli kaşı lövhələrlə üzlənmiş, interyerin yuxarı hissələri suvağla örtülmüşdür.
Binanın kvadrat şəkilli əsası, daxildən oxvarı formalı, hündür barabanlı künbəzə keçid hissəsi isə stalaktik sistemi ilə həll edilmişdir. Türbənin bayır səthlərində şirli kərpiçdən quraşdırılmış bəzək fraqmentləri qalmışdır.
Əniğ qalası

Əniğ kəndindəki qala divarlarının qalıqları XIII əsrə aiddir.. Qusar rayonun sağ sahilində, strateji baxımdan əhəmiyyətli sahədə tikilmişdir. Əniğ qalası vaxtilə indiki kəndin cənubunda olmuşdur.
Süni istehkamlar və qoşa darvazası olmuşdur. Divarların yalnız iki hissəsi qalmışdır ki, hündürlüyü 9,3m, eni 2 m-dir.
Darvazanın yanında divarların eni 5,8 m-dir.

Əniğ qalası

Əniğ qalası

Qala ərazisində 9-14 əsrlərə aid şirli qab qırıqları tapılmışdır. Əniğ qalasının 9 əsrdən mövcud olması ehtimal edilir.
Qədim Şabranla Dərbənd arasında Əniğ qalası strateji mövqedə yerləşmişdir.
Ehtimala görə qalanın iki darvazası, Əniğ qalasından naməlum istiqamətə gedən gizli yeraltı yol və su kəməri mövcud olmuşdur.
Qalanın adı Enıx adlı bir hökmdarın adından götürüldüyü ehtimal olunur.

 

Turizm potensialı
Ölkənin şimal-şərqində, Şahdağın ətəyində уегləşən Qusar rayonu – nəinki Azərbaycanın, bütün Qafqazın ən gözəl guşələrindən biri olmaqla, sıldırımlı dar dərələri, nadir kölgəlikləri, heyranedici yüksək dağ gölləri və şəlalələri, mürəkkəb quruluşa malik massivləri, əlçatmaz aşırımları, Qafqaz dağlarının buzlaqlarına burünmüs dağları və meşələri ilə zəngin və rəngarəng təbiətə malikdir. Rayonun ərazisi sanki, Avropa ilə Yaxın Şərqi bir-birinə bağlayan bənddir. Qusar rayonu respublikanın şimal qapısı hesab edilir. Hələ keçmiş dövrdə rayonun ərazisi mühüm ticarət yollarının qovşağında sərfəli mövqe tuturdu. Rayonun zəngin və rəngarəng təbiəti, büllur kimi saf havası, münasib iqlimi (qış aylarında havanın temperaturu mənfi 20-22 dərəcəyədək enir, yay aylarında isə axşam müsbət 20 dərəcədən artıq yüksəlmir), özunəməxsus mədəniyyəti – bütün bu göstəricilər burada müasir, ən yüksək dünya standartlarına uyğun turizm kompleksinin yaradılması və inkişafi uçün əsasdır.
Rayon ərazisində Аzərbаусаn Respublikasının Nazirlər Sovetinin 24 fevral 1964-cü il tarixli qərarı ilə sahəsi 15000 hektar olan Qusar Dövlət Yasaqlığı yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı bir sira heyvan və qusları (qırqovul, boz кəkliк, сüyür, çöl donuzu, dovşan) qoruyub artırmaqdır. Bu yasaqlıqda ekoloji vəsafari turları təşkil edərək rayona turist axınını gücləndirmək məqsədi ilə iş aparılır.
Enliyarpaqlı meşələrlə örtülmüş, çoxlu sayda bulaqları, şəlalələri, kiçik gölləri, qeyri adi mənzərəsi olan bu dağlıq ərazi istirahət üçün cəlbedicidir.Qusar rayonunda həm yay turizminin, həm da qış turizminin inkişafi üçün geniş, təbii potensial vardır.
Prezidentimiz canab İlham Əliyevin sərəncamına əsasən beynəlxalq standartlara uyğun olaraq tikilən və 2008-ci ildə istifadəyə verilən Qusar Olimpiya İdman Kompleksi Azərbaycanın ən mənzərəli guşəsində inşa edilən unikal bir tikilidir. Qusar Olimpiya İdman Kompleksi təlim məşq toplantılarının, respublika və beynəlxalq dərəcəli yarışların keçirilməsi, həmçinin istirahət üçün,

Şahdağ Qış-Yay Turizm Kompleksi

Şahdağ Qış-Yay Turizm Kompleksi

ideal bir yerdir. Qeyd etmək lazımdır ki, 40 kotecə malik olan bu unikal tikili təbii meşəliklərlə əhatə olunmuşdur. Koteclər incə zövqlə bəzədilərək müasir və rahat mebel ilə təchiz olunmuşdur, buradakı rəsmlər qədim və müasir dövr arasında gözəl bir sintez yaradır.
Şəfalı guşələrdən olan Qusar rayonu günəşli Аzərbаусаn respublikasının ən gözəl turizm diyarıdır. Нər il minlərlə turist bu cənnət məkanda istirahət еtməуə üstünlük verir. Rayonun havasını udaraq, bulaq sularından dadaraq, çaylarını, meşələrini, dağlarını, həmçinin tarixi abidələrini seyr etdikcə insan bir anlığa ozünü cənnətdə hiss edir. Rayon ərazisində bu məqsədlə “Suvar” dağ-turizm istirahət zonası, “Qayi-bulaq”, “Şahdağ”, “Şah bulaq”, “Qusar bulaq”, “Star Qusar”, istirahət və sağ lamlıq mərkəzləri turistlərə qapılarını açmaqdadır.
Qusar rayonu ekoloji turizm üçün geniş və əlverişli şəraitə malikdir. Bununla belə rayon da ekoloji xarakterli 3 turist marşrutu fəaliyyət göstərir.Turistlərin marağına səbəb olacaq ilk marşrut Qusar-Ləzə istiqamətidir. Bu istiqamətdə səyahətə çıxan turistlər Əniğ kəndindəki tarixi abidələrə, tətbiqi xalq sənəti nümunələrinə tamaşa etmək imkanı əldə edirlər.
Qusar-Sudur istiqamətində səyahətə çıxan turistlər Həzrə kəndindəki XVI əsr yadigarı olan Şeyx Cüneydin məqbərəsini ziyarət edə bilərlər. Bundan əlavə bütün marşrut boyu onlar tətbiqi xalq sənəti nümunələri ilə, yerli əhalinin adət-ənənələri ilə tanış olmaq imkanına malikdirlər. Marşrutun son məntəqəsi olan Sudur kəndi rayon mərkəzindən 75 km aralı, dəniz səviyyəsindən 1800 m yüksəklikdə, Şahdağın yamaclarında yerləşir. Buranın gözəl təbiəti, ətrafdakı dağların fonunda yaranan unudulmaz panoraması insanı valeh edir. Qusar-Qazanbulaq istiqamətində isə turistlərə maraq doğuran ən maraqlı obyektlərdən biri isə 7 hektar ərazidə “Əlistan baba” fıstıq meşəsidir. Ləzə kəndinin ərazisində qayalıqlardan axan, günəşdə bərq vuran möhtəşəm şəlalələr insanı öz gözəlliyi və təbiiliyi ilə məftun edir. Rayonumuzun milli mətbəxindən də xüsusi yüksək zövq almaq mümkündür. Qusar rayonuna gələndə onun qeyri adi milli ləziz xörəklərindən,ləzgi kətəsi (цкан), ləzgi pizzasından (şakuka), çоbаn aşından, ləzgi xingalından, ləzgi qutablarından (афарар) və ləzgi çörəyinindadına baxmamaq ən azından günahdır.
Rayon əhalisi əsasən maldarlıq,bitkiçilik,bağçılıq və əkinçiliklə daha çox məşqul olurlar.
Rayonumuz həm də ekstremal turizm üçün də əvəzedilməz yerdir, çünki burada çətin keçilən çaylar,sıldırımlı qayalar,dar kanyonlar vardir ki, bu da ekstremal turistləri ozünə cəlb edir.
Rayonumuzun ərazisində il boyu bəyaz qarla örtülü olan qocaman Şahdağ mütəxəssislər tərəfindən qış turizmi üçün daha münasib yer kimi yüksək qiymətləndirilmişdir. Odur ki, burada Dağ-Xizək Turizm bazasi yaratmaq ideyasi meydana gəlmişdir.Hazirda prezidentimiz canab İlham Əliyevin tövsiyəsi əsasinda dağ-turizm kompleksi tikilməkdədir. 2006-ci ildən Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin yaradılması üzrə işlər aparılır. Kompleks Qusar rayonunun Ləzə və Aladaş kəndlərinin ərazisində 2200 hektara yaxın ərazisini əhatə edəcəkdir. Təbiətin füsunkar guşəsində beynəlxalq standartlar səviyyəsində yaradılan bu kompleks respublika əhalisinin, həmçinin xarici ölkələrin böyük maraq və diqqətinə səbəb olmuşdur. Kompleksdə 340 yerlik dördulduzlu hotel, lift bazası, xizək məktəbi, süni qarlaşdırma sistemi yaradılacaqdır. Bu böyük layihə rayona yeni iş yerləri, investisiyalar, inkişaf, bir sözlə tamamilə yeni həyat gətirəcəkdir.

elyazma.org

Oxunma sayı: 483