Rahim Dünyamalı

1948-ci il dekabrın 18- də Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Ordudan tərxis olunan ildən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir. (1970-1975). Təyinatla Kəlbəcər rayonunda “Yenilk” qəzetinə göndərilmişdir. Burada kənd

Rahim Dünyamalı

Rahim Dünyamalı

təsərrüfatı şöbəsinin müdiri işləmişdir (1975-1979).

Sonra “Qızıl Qusar” qəzeti redaksiyasında, Quba rayonunda radio verilişləri redaksiyasında redaktor vəızifəsində çalışmışdır (1981-1995).
Yetmişinci illəri axırlarından dövri mətbuatda publisist yazıları müntəzəm çap olunmuşdur. 1984-cü ildə “Yeni səslər” almanaxında iki hekayəsi çap olunub. Bundan əlavə “Bir gecənin bəyazlığı”, “Torpaqdan güc alanda”, “Yadigar qaranquşlar”, “Tərsinə addımlayan kölgələr” adlı kitabların müəllifidir. “Tərsinə addımlayan kölgələr” və “Torpaqdan güc alanda” romanları son dövrlər yenidən gündəmə gəlir. Hazırda bir neçə nəşriyyat qeyd olunan əsərlərin yenidən nəşrində maraqlıdır.

1995-ci il sentyabrın 9-da Qubada intihar etmiş, Zizik kəndində dəfn olunmuşdur. Müxtəlif şəxslər müəllifin ölümü ilə bağlı qaranlıq məqamların olduğunu düşünür.

Oxunma sayı: 528