“Ay işığı” – Quba

“Ay işığı” ədəbi məclisi Qubada, şair Ramiz Qusarçaylının təşəbbüsü və səyi ilə yaradılıb. İlk məşğələsi 1993-cü ilin sentyabr ayının 11-də  keçirilib. 1994-cü ildə “Ay işığı” adlı ilk almanax qubalı iş adamı  Vidadi Əhmədovun  sponsorluğu ilə dərc olunub.  Müxtəlif vaxtlarda bu ədəbi məclisə Azərbaycanın görkəmli yazıçı və şairlərindən, alimlərindən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Söhrab Tahir, Zəlimxan Yaqub, Ramiz Rövşən, Məmməd İsmayıl, Məmməd Aslan, Vaqif Arzumanlı, Seyran Səxavət, Ələkbər Salahzadə, Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Şahmar Əkbərzadə, Kamil Vəli Nərimanoğlu və başqaları dəvət olunub.

1994-cü ildə Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın xeyir-duası və rəhbərliyi ilə “Ay işığı” ədəbi məclisinin bazasında AYB-nin bölgə üzrə bölməsi yaradılıb və Yusif Həsənbəy bölməyə  sədr təyin edilib…

2002-ci ildə xalq yazıçısı Anar yenidən bölmənin qonağı olub. Bu vaxt  “Ay işığı” ədəbi məclisinin rəhbəri Ramiz Qusarçaylı Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri seçilib. “Ay işığı” 20 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ədəbi məclisdə fəal iştirak edənlərin kitabları işıq üzü görüb. ay

Oxunma sayı: 516