Əlyazma haqqında

Elyazma.org

Elyazma.org

Ölkənin ilk ədəbi region portalı olan Elyazma.org bölgədə yaranan ədəbi mətnlərin elektronlaşdırılmasına, çağdaş yazarlarla oxucu arasında təmas yaratmağa xidmət edir. Əsasən Azərbaycanının şimal regionunda yaşayan qələm adamlarının şeir və nəsr nümunələrini təqdim edən Elyazma.org ümumilikdə bütün yazarların xidmətindədir. Saytın əsas məqsədi elektron innovasiyalarla ayaqlaşa bilməyən dəyərli region yazarlarının, yaşlı nəsil ziyalılarının, eyni zamanda gənc yazarların mətnlərini ictimailəşdirmək, onları çağdaş oxuculara təqdim etməkdir.

Şairlər, yazarlar diyarı Xızıdan başlayıb tarixin mədəniyyət muzeyi olan Dəmirqapı Dərbəndədək yaşayıb yaradan ədəbiyyat adamlarının əsərlərini təqdim edəcək “Əlyazma” gələcəkdə regionun ümumi mədəniyyət mənzərəsini sərgiləməyi qarşısına məqsəd qoyur.

Oxunma sayı: 1250