«

»

Avq 06

Südəmər qəmlər – Məmməd Qədir

Məmməd Qədir

Məmməd Qədir

Çevrilir

Günahımız zaman-zaman
Yığılır, şərə çevrilir.
Ilanı tapdalayırıq,
Canı zəhərə çevrilir.

Qoşuluruq köçhaköçə,
Dayanırıq küçə-küçə,
Dərdlərimiz yürüdükcə,
Ömrümüz tərə çevrilir.

Dərdlər də yarı ağlayır,
Atırsan, yeri ağrayır.
Dünyanın böyrü ağrayır,-
Üzü səhərə çevrilir…

Görünməz
Ürək qətllərə gizli qəsrdir,
Tökülər içinə, qanı görünməz.
Ömrümüz sonsuzluq işarəsidir,
Əvvəli görünər, sonu görünməz.

Hər ölən nəyləsə dünyada sağdır,
Bürkü də hardasa buzdur, sazaqdır,
Həsrət köksüm altda bir yalquzaqdır,
Səsi eşidilər, ünü görünməz.

Arzular bir ceyran sürüsü kimi,
Ürəyim bir balıq ölüsü kimi,
Qəmimin gözləri dan üzü kimi,
Qızarar, qızarar günü görünməz…

Qaçır
Gecikdim ömrümün sevda dərsinə,
Yüz bahar güldürməz küskün ağacı,
Kim əkib saçıma bəxti tərsinə,
Yaxşı gün qaradı, pis gün ağ açır.

Mələklər öldükcə cinlər doğulub,
Kimlərin yerinə kimlər doğulub,
Dünyaya südəmər qəmlər doğulub,
Anasız uşaq tək köksümə qaçır.

Bu dünya sinəmdə bir bağlı çadır,
Yığılıb içinə doğması, yadı,
Haqqı çox asıblar, bu bir qaydadır,-
Buludlar Günəşin əksinə qaçır.

Oxunma sayı: 244

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=972

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>