Gözlərin nağılı – Məmməd Qədir

Məmməd Qədir

Məmməd Qədir

Hər gözü bir oğluna
qurban vermişdi ata.
Gözlər də şəhid kimi
qoyulmuşdu tabuta.

Gözlərin haqqı yoxdu
bu dünyada qalmağa.
Gedirdi oğulların
üstündə göz olmağa.

Tabutlara söykənib
yeriyirdi o qoca.
Dərdbədərd, tabut-tabut
yeyilirdi o qoca.

Bu dərd pilləkənini
addım-addım qalxırdı.
Hər gözünün yerindən
bir damla yaş baxırdı.

Oxunma sayı: 278

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir