Bir az… – Cəlil Cavanşir

Bir az… bir azdı hər şey…

Mən bir az içirdim və bir az darıxırdım onda,
Bir az tənha idim, amma bir az
Bir az başqa qadınlar vardı həyatımda…
Sən bir az tənha idin onda,
bir az darıxırdın, bir az küskün idin həyata
Bir az şans verməyi düşündün mənə, bir az…
bir az sevirdin məni bəlkə də, bir az qorxurdun…bir az…

Sonra mən bir az ümidləndim, bir az bağlandım
Bir az sevəcəyini düşündüm, bir az duyğulandım…
Sənə şeirlər ağladım, məktublar yazdım
Bir az gələcəklə bağlı planlar qurdum
Bir az uşaq kimi həyəcanlandım,
Sabahlar da sənli idi, bir az…

Bir az…bir azdı hər şey…
Sən də bir azdın…bir az başqasındaydı ürəyin…
Bir az başqası vardı həyatında, bir az
Bir az anan vardı, bir az qohumlar, bir az başqaları…
Bir onları seçdin, bir az sevindirdin onları…

Bir az…bir azdı hər şey…
Mən indi də bir az darıxıram, üzülürəm bir az
Bir az səni xatırladıqca əzab çəkirəm,
Bir az şəkillərinə baxıram, bir az iş yerinin qarşısından keçirəm
İndi mən də bir azam, sən də bir az…
Elə indi də, bir azdı hər şey, bir az…

Oxunma sayı: 2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir