Saxlaram – Məmməd Qədir

Səni sevgiyə tutaram,
Qızılda, ləldə saxlaram.
İçimə çəkərəm səni,
Dodaqda, dildə saxlaram.
Kərəm elə qonağına,
Oğrunca girim bağına,
Sevgi çilərəm tağına,
Çiçəkdə, güldə saxlaram.
Eşqdən ev-eşik tikərəm,
Sevgindən işıq çəkərəm,
Arı tək keşik çəkərəm,
Cəməndə, çöldə saxlaram.
Xala qonub yanağında,
Bülbül ollam budağında,
Dodağımı dodağında,
Əlimi teldə saxlaram.
Esq güldü, qoxla, qadası,
Sınaq et, yoxla, qadası,
Ayaqda saxla, qadası,
Mən səni əldə saxlaram …

Oxunma sayı: 28

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir