«

»

Apr 14

Samid Seyidov – Unutdum

Əlyazma.org gənc şair Samid Seyidovun “Unutdum” şeirini təqdim edir.

Səni unutduğumu düşünən anda,
Gördüm yox dilimin əzbərindəsən.
İstədim çıxarım içimdən səni,
Gördüm yox içimdə ən dərindəsən.

Elə yerdəsənki ordan almağa
Əlim də çatmayır çıxarım səni.
Elə alışım ki, elə yanım ki,
Alışıb yandırsın buxarım səni.

Bax özüm yanıram odsuz alovsuz
Tüstü,hisim pasım tutur ciyərmi.
Hərdən düşünürəm bu qız üçün,
Bu qədər dərd həsrət acı dəyərmi ?

Sonra da deyirəm yoo vallah dəyər.
Səninçün məhv olub ölə bilərəm.
Unutdum deyərəm, çolaq olaram
Əl ayaqsız sənə gələ bilərəm.

Bəlkə də məzaram məndə cəsədsən
Bəlkə də dilimim əzbərindəsən..
Səni unutduğumu deyirəm amma
İçimin ən gözəl saf yerindəsən

Oxunma sayı: 16

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4237

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>