“Xain lampa işığı öz kölgəsində gizlənir…” – Yeyts

İrlandiyanın dünya ədəbiyyatına bəxş etdiyi nəhəng simalarından biri də U. B. Yeytsdir. (1865-1939) Ədib 1923-cü ildə “Milli ruhu yüksək ədəbi formada özündə əks etdirən ilhamla dolu poetik yaradıcılığına görə” Nobel mükafatına layiq görülüb. Romantizmdən sonrakı ingilis şeirində yeni mərhələnin yaradıcılarındandır.

Əlyazma.org Yeytsin bir neçə şeirini təqdim edir.

 

 

Bir içimlik nəğmə

 

Şərab ağızdan süzülür bədənə

və eşq gözlərdən ürəyə,

budur gerçəklik sandığımız şeylərin hamısı.

Yaşlanıb ölməzdən öncə

Qaldırdım qədəhi ağzıma doğru,

sənə baxdım və çəkdim eşqi içimə.

 

 

Uzun bir səssizlikdən sonra

 

Uzun bir səssizlikdən sonra nitq irad edilir: Doğrudur,

bütün başqa aşiqlər ya ayrılıb ya ölüblər,

Xain lampa işığı öz kölgəsində gizlənir,

gecənin üstünə düşməncəsinə çəkilib pərdələr.

Sənətin ən ali dəyərləri haqqında

Təkrar-təkrar mahnılar oxuyuruq bu səbəblə,

Bədəndəki ixtiyarlıq müdriklik olmalı: Ey gənclik,

o zaman cahil idik və sevdik bir-birimizi bütün körpəliyimizlə.

 

 

Bir dostun xəstəliyi

 

Xəstəlik bunu gətirdi mənə,

düşündükcə onu bu miqyasda.

Niyə dəhşət bürüməlidi məni?

İndi görürəm ki,

Bütün  dünya alovlara bürünüb

Kömürə dönür sonunda;

Ruhun ağırlığı qarşısında.

Sim-sim.az

Oxunma sayı: 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir