«

»

İyn 16

İncə-incə – Məmməd Qədir

Məmməd Qədir

Məmməd Qədir

Balsan ki, dodaq dolusu,
Süzüm səni İncə-İncə.
Dərib sinəmin üstünə,
Düzüm səni incə – incə.

Qorxum yox bal arısından,
Keçim ömrün yarısından,
Tikanların arasından,
Üzüm səni İncə-İncə.

İçim səni bulaq kimi,
Yandırım bir çıraq kimi,
Bir narazı dodaq kimi,
Büzüm səni İncə – İncə.

Hər gün mənlə dalaşasan,
Eşq ətrinə bulaşasan,
Kələf kimi dolaşasan,
Çözüm səni İncə-İncə.

Dodaqların ah yeridi,
Bostan içi, bağ yeridi,
Sinən üstü dağ yeridi,
Gəzim səni İncə-İncə…

Oxunma sayı: 247

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=3113

1 şərh

  1. Rəşid Bərgüşadlı

    Pencəyi eyzan çiyninə atıb xəyallara dalan bu istedadlı insan, şeir ümmanında sərbəstcə üzən, dilin rəvanlığı ilə seçilən və Sözü səlist cilalayan usta sənətkardır. Məmməd Qədir Sözlə şəkil çəkir, mənzərə yaradır, adamın hisslərini oyada bilir. İstedadlı sənətkar elə bu cür də olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>