«

»

Avq 27

Azərbaycanın ilk qadın dramaturqu qubalı Səkinə xanım Axundzadə

Səkinə xanım Axundzadə

Səkinə xanım Axundzadə

Quba şəhərində indiki İstiqlal küçəsində (o zaman Kuripski küçəsi ev 14) yerləşən evində onu xatırlatacaq hər hansı bir əşya qalmayıb.Amma Səkinə xanımın yaşadığı ev indi də dudur.Bu gün həmin evdə onun nəticələri yaşayır. İlk dramaturq qadının Qubada yaşayan nəticələrindən ikisi – Məsmə və Lətifə Məmmədovalar Quba Tarix Diyarşünaslıq Muzeyində çalışır. Bu muzeydə Səkinə xanım Axundzadəyə aid fotolar saxlanılır.
Səkinə xanım Axunzadə 1865-ci ildə Quba rayonunda anadan olub.Quba şəhərində dünyaya göz açan Səkinə xanım elə burada böyüyüb,boya-başa çatıb. Atası Mirzə Heybət “Fəda” təxəllüslü ilə şeirlər yazan şair olub. Mirzə Heybət A.A.Bakıxanovun təşkil etdiyi “Gülüstan” ədəbi məclisinin üvzü idi.Buna görə də, dövrünün ziyalıları ilə tez-tez görüşər, onları evində qonaq edərdi.Elmə, ədəbiyyata yaxın olan bir ailədə böyüməsi balaca Səkinənin tərbiyəsinə, formalaşmasına böyük təsir göstərir.İlk təhsilini Qubada öz atasından alan Səkinə Xanım Axundzadə ərəb və fars dillərini mükəmməl öyrənir.

Səkinə xanım gənc yaşında Qubada Talıb adlı şəxslə ailə həyatı qurur və bu izdivacdan bir qız övladı – Höküməxanım dünyaya gəlir. Lakin cütlüyün ailə həyatı faciə ilə sona çatır. Qısa ömür sürən Talıb bəy, Qubada qaçaq Alı tərəfindən qətlə yetirilir. Buna səbəb kimi, Talıb bəyin həyat yoldaşına olan sonsuz sevgisi və onun timsalında qadınların maariflənməsinə yönəlik açıq çıxışları göstərilir. İş burasındadır ki, 19-cu əsrin Qubasında qadınların dünyəvi biliklərə yiyələnməsi, müasir düşüncə tərzinə sahib olması cəmiyyət tərəfindən qəbuledilməz hal idi. Talıb bəyin qətlindən sonra Səkinə xanım kiçik yaşlı qızı Höküməxanımla tək qalır. Amma həyatın Səkinə Axundzadəyə hazırladığı sınaqlar hələ qarşıda idi.

Səkinə xanım Axundzadə

Səkinə xanım Axundzadə

Səkinə xanım savadlı olması ilə yanaşı, həm də gözəl qadın idi. Uca boylu, ağ bənizli, uzun qara saçlı qadın diqqətdən kənarda qala bilməzdi. Buna görə də, təkcə mütərəqqi düşüncəsi ilə deyil, xarici görkəmi ilə də, qısqanclığa, paxıllığa, təqiblərə məruz qalırdı. O dövrün cəmiyyətində isə dul qadın olmaq asan deyildi.Birinci ərinin faciəli surətdə qətlə yetirilməsindən sonra tək qalan Səkinə xanım çox keçmir ki, ikinci dəfə ailə qurmalı olur. Ailə qurduğu insan Qubada rus dili müəllimi işləyən Məhəmməd Ağəbəyov idi. Məhəmməd bəy müasir düşüncəli bir pedaqoq idi və buna görə də Səkinə xanımı yaxşı anlayır, ona bütün işlərində dəstək olurdu. Qızların savad alması, müxtəlif peşələrə yiyələnməsi, cəmiyyətdə yüksək mövqe tutması Səkinə xanım Axudzadənin ən böyük arzusu olub.Bütün çətinliklərə sinə gələn Səkinə xanım Axundzadə öz maddi vəsaiti hesabına, Qubada yaşadığı evində məktəb açaraq qız uşaqlarınaa pulsuz təhsil verir. Çox keçmir ki, Məhəmməd bəy və Səkinə xanımın oğul övladı dünyaya gəlir.Uşağın adını Yusif qoyurlar. Körpə gəlişi ilə ailəyə sevinc gətirir. Bu vaxt Səkinə xanımın ailəsində heç kim düşünməzdi ki, bu oğlanın həyatı cəmi 37 ildən sonra, faciəli şəkildə sona çatacaq. Amma bu barədə bir qədər sonra.
Səkinə xanım həyatın növbəti zərbəsini əri Məhəmməd bəy dünyasını dəyişəndə alır. Gənc ana ikinci dəfə dul qalır. İki azyaşlı uşağı ilə çətin günlər yaşayır. Onun Qubada gənc qızlara təmənnasız dərs deməyindən, onların savadlı olması üçün dəridən – qabıqdan çıxmasından xəbərdar olan bir şəxs vardı. Bu dövrünün tanınmış xeyriyyəçisi H.Z.Tağıyev idi. H.Z.Tağıyev onu özünün açdığı qızlar məktəbinə ana dili və ədəbiyyatdan dərs deməyə dəvət edir. Beləliklə Səkinə xanımın başının üzərindən keçən qara buludlar 1900-cü ildə yavaş-yavaş dağılmağa başlayır. Həmin ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edir. Həmin dövrdə Qızlar Məktəbinin müdirəsi dövrünün görkəmli ziyalısı H.B. Zərdabinin həyat yoldaşı Hənifə Məlikova idi. Səkinə xanımla Hənifə xanımın dostluq münasibətləri vardı. Bu münasibətin sayəsində Səkinə xanım Azərbaycanda ilk dəfə olaraq, qızlardan ibarət teatr truppası yaradır və ilk dram əsərlərini qələmə alır.O qələmə aldığı əsərləri tələbələrinin köməkliyi ilə səhnələşdirir. Beləliklə Səkinə xanım Axundzadəni Azərbaycanın ilk qadın dramaturqu olmaqla yanaşı və ilk rejisoru kimi də göstərmək olar.

Qızlar məktəbi

Qızlar məktəbi

“O, əvvəlcə elmin mənfəəti”, sonra isə “Haqq söz acı olar” adlı pyeslərini yazır. Hər iki əsərin recissorluğunu öz üzərinə götürür Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirib. Namiq Kamal yaradıcılığından hazırladığı “Bəxtsiz bala”, “Zülmün səmərəsi” adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulub. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin “Lakme” operası əsasında “Zülmün səmərəsi” adlı dram əsərini yazıb. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq müvəffəqiyyət qazanır. 1920-ci illərin əvvəllərində isə Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Səkinə xanım həm də ilk romançı qadın idi. O, “Şahzadə Əbülfəz və Rəna xanım” romanının müəllifidir. Bütün bu əsərlərini o Bakıda yaşayarkən qələmə alıb.
Səkinə xanım uzun illər ağır astma xəstəlikdən əziyyət çəkib. Bu səbəbdən də həkimlərin məsləhəti ilə Bakıdan Qubaya dönmək məcburiyyətində qalıb. O dövrün məşhur aktyorları tez-tez Qubaya gedər, Səkinə xanıma baş çəkərdilər. Bir gün Qubada səfərdə olan Abbas Mirzə Şərifzadə Səkinə xanımı ziyarət edir. Səkinə xanım isə görkəmli aktyorun şərəfinə ziyafət verdirir. Səkinə xanımın nəvəsi Məsmə Məmmədovanın dediyinə görə, Səkinə xanım A.M. Şərifzadədən “İblis” monoloqundan bir parça söyləməyi xahiş edir. Aktyor isə Səkinə xanımın son arzusunu yerinə yetirir və monoloqu bütünlükdə söyləyir. 1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda dünyasını dəyişən Səkinə xanım Axundzadə Bibiheybətdə dəfn olunur.
Səkinə xanımın yeganə qarşadı İbrahim bəy də Bakıda yaşayırdı. Səkinə xanım hələ sağ ikən tez-tez qardaşını və ailəsini ziyarət edirdi. İbrahim bəyin ailəsində isə sonradan Azərbaycanın ilk qadın rəssamı olacaq Reyhan xanım Topşubaşova böyüyürdü. Səkinə xanım öz uşaqlarının təlim-tərbiyəsinə də diqqət ayırırdı. Oğlu Yusif bəy savadlı adam idi. İllər sonra professor Yusif Ağabəyov kimi tanınacaq gənc 1937-ci ilədək Gəncə Dövlət Universitetinin dosenti olub. Yusif bəy pedoqoji fəaliyyətlə yanaşı, dövrünün dissidetlərindən biri sayılırdı. Onun açıq fikirliliyi o vaxtkı hakimiyyəti narahat edirdi. Buna görə də, Yusif bəy 1937-ci ildə sürgün olunur, bir müddət sonra güllələnərək qətlə yetirilir.
Səkinə xanımın yazdığı əsərlər o, dövürün represiyalarından qorxan qardaşı İbrahim bəyin Reyhan Topçubaşova tərəfindən yandırılır.Həmin dövrdə Reyhan xanım Topçubaşova artıq Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini idi.
2002-ci ildə isə Qubada Səkinə xanım Axundzadənin anadan olmasının 137-ci illiyi qeyd olunur.

Çimnaz Şıxverdiyeva

Oxunma sayı: 878

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=1091

3 şərh

  1. Azər Həsrət

    Mənə çox maraqlı gəldi. Yazara təşəkkür edirəm. “Şahzadə Əbülfəz və Rəna xanım” romanı dərc edilibmi? Çox istərdim ki, o romanı oxuyum.

  2. CHİMNAZ SHIXVERDİYEVA

    HORMETLİ OXUCU! EFSUSLAR OLSUN Kİ,SEKİNE XANİM AXUNDZADENİN DRAM ESERLERİNİN BİR QİSMİ GUNUMUZE GELİB CHATMAYİB. “SHAHZADE EBULFEZ VE RENA XANİM” ROMANİNDA İSE AZERBAYCAN QADİNLARİNİN MAARİFLENMESİ, CEMİYYETDE OZUNE LAYİQLİ YER TUTMASİNDAN SOHBET ACHİLİR. ARASHDİRMA ZAMANİ BİR CHOX MENBELERE MURACİET EDİLSE DE, YAZİCHİNİN QELEME ALDİGİ ESERLERİ ELDE ETMEK MUMKUN OLMADİ. CHOX YAXSİ OLARDİ Kİ, BU ESERLER TOPLANSİN VE DERC OLUNSUN. FİKRİMCE, MUASİR OXUCULARİN S.AXUNDZADENİN YARADİCİLİGİ İLE DE TANİSH OLMASİ VACİBDİR.

  3. Ramin Mahmudov

    Məncə Şahzadə Əbülfəz və Rəna xanəm əsəri muzeydə olmalıdır. O əsər səhv etmirəmsə və nə iləsə qarışdırmırıamsa yaşıl üzlü riyaziyyat dəftərinə köçürülmüşdü və Dağlı kəndində dil ədəbiyyat müəllimi işləyən (indi rəhmətə gedib) Bəgi Məhzun tərəfindən deyəsən hazırlanmışdı. Bi maraqlanını. Nəsə mənim yadımda belə bir şey qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>