Kateqoriya Arxivi: ELİMİZDƏN GƏLƏNLƏR

Avq 09

Qaytar mənim eşqimi – Aynur Ağabalayeva

Bir eşq vermişəm sənə İgidlərin arzusu, Gözəllərin xəyalı. Bir eşq, bir ülvi sevgi… Qaytar mənim eşqimi… Bir eşq vermişəm sənə Parlaqdı günəş kimi. Yandırır öz qəlbimi Alovlu atəş kimi… Qaytar mənim eşqimi… Bir eşq vermişəm sənə Yoxdur tayı dünyada, Sən ki, bilmədin onun Qədrini bu dünyada,- Qaytar mənim eşqimi… Bir eşq vermişəm sənə Zirvələrin qarıdı. …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4117

Avq 02

İncitmə məni – Aqşin Dadaşoğlu

Qoy yenə tək qalım duyğularımla, Bitib tükənməyən qayğılarımla, Ölsəm, öləcəyəm arzularımla, Get Allah eşqinə incitmə məni. Sən mənim könlümdə qəmsən, kədərsən, Kiminsə gözündə çiçəksən, tərsən, Bu gün ağlayırsan, sabah gülərsən, Get sabah eşqinə incitmə məni. Məni əritmərsən baxışla, ahla, Ya gözün yaşıyla, ya etirafla, Qalmısan baş başa min bir günaha, Get günah eşqinə incitmə məni. …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4110

İyn 09

Fəridə – Sərdar Amin

Fəridə balacaboy qız idi, ilk dəfə görüşəndə sinəmdən öpə bildi, qucaqlayıb canıma sıxdım. “Əvvəlcədən səni öpəcəyimi düşünmüşdüm, ancaq ağzımın çatdığı yerdən öpəcəyim ağlıma gəlməmişdi” – dedi. Virtual tanışlığımızı dərhal seksual yaxınlığa çevirmək istəklərindən güman etmək olardı ki, üstünə çox kişi kəmər açıb. Sonralar məlum oldu ki, dodağını ilk dəfə əmizdirdiyi oğlan da elə dostum imiş. …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4081

May 20

Tanış dünya – Ziya Eyvazov

Bu dünyaya neçə dəfə gəlmişəm mən? Baxıram,bu cahan mənə tanış gəlir. Neçə dəfə yaranmışam,ölmüşəm mən? Qoca dünya yaman mənə tanış gəlir. Uzaqdakı o dağları tanıyıram, Bir vaxt qar tək yağmışdım mən o dağlara. Sonra günəş isitmişdi aram-aram, Ərimişdim,qarışmışdım bulaqlara. Göy çəməndə bir gül kimi mən yaşardım. Xeyirliydim,minbir dərdə əlac idim. O meşədə bir qəzəbli canavardım. …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4073

May 20

Özümə verdiyim suallar – Səbuhi Azad

Bəlkə, millətçi Adolf, Bəlkə, inqilabçı Çe? Sağçı, solçu, liberal, Hansını seçim görən? Başqa fikrin varsa de! Oyanıb siyasət yuxusundan, bəlkə dini seçim mən. Başımı qarışdırım, söylə nə fikirdəsən? Bəlkə, əzabkeşlərin əzabkeşi İsa tək bəhs edim məhəbbətdən? Bəlkə, bir Musa təki əmr edim dəryalara? Bəlkə, müsəlman olub,daşlar atım şeytana ? Bəlkə, inanım “müqəddəs satana”ya? Yoxsa, “Tanrı …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4067

Mar 29

Dünyanı mazoxizm xilas edəcək – Sərdar Amin

Kim Ki Duk nə demək istəyir? Ciddi sənət nümunələri ərsəyə gətirən kinorejissorların filmaqrafiyasındakı “Palma budağı” onların qızğın fəaliyyətlərinə, prinsipial çalışmalarına bir toxtaqlıq gətirir, sərinlik salır. Təsadüfi deyil ki, “Kann” kinofestivalı dərin dəyərlərə söykənən, çox ciddi mesajlar verən, tamaşaçılardan film bazası, mütaliə, intellekt tələb edən film müəlliflərinin bu dünyada keçə biləcəyi ən ideal məkanlardan sayılır. Təbii …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4044

Fev 03

Yeddi yarım – Sərdar Amin

İkinci Mahmudun “Bataqlıq donuzu” kitabı haqqında… Və qələm-dəftəri stolun üstünə qoyub “Bataqlıq donuzu”nu oxumağa başlayıram. Bir kitaba qarşı bu qəddar yanaşmamdan zərrəcə vicdan əzabı duymadan… İlk qeydim: “İkinci Mahmud bu kitabı özü yazmayıbmış, tapılmış bir qeyd dəftərçəsinə kiçik orfoqrafik düzəlişlər edərək nəşrə veribmiş. Axxx… Mətnin məsuliyyətindən qaçmağın bu qansız üsuluna Eko, Pamuk, lap elə bizim …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=3918

Yan 28

Quşlar qanadını salır… – Məmməd Qədir

İsti yuvasından didərgin düşür, Arı necə yığır balı, bilirsən? Bir nakam sevgidən od alıb lalə, Yandıqca qazanıb xalı, bilirsən? Xaliq xəlq elədi, sonra unutdu, Gözlərim nəmişdi, başım buluddu, Sevgisiz bir ürək nifrətə yurddu, Quşlar qanadını salır, bilirsən? Həyatın səhnədi, eşqi məşq elə, Oyna var gücünlə, ağla, qəşş elə, Nə qədər səndədir, sevgi bəxş elə, Fələk …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=3910

Yan 25

Daha durnalara şeir yazmaram… – Aqşin Dadaşoğlu

Daha durnalara şeir yazmaram, Durnalar, bu eldən gəldi gedərdi,. Yalandı qaranquş, torağay, filan. Mənim Vətən quşum boz sərçələrdi. Donar şaxtasında, buzunda yurdun. Oynayar yolunda, tozunda yurdun, Hərdən kabab olar közündə yurdun. Mənim Vətən quşum boz sərçələrdi… Bizim əməyimiz sərçə əməyi, Bir az yem, bir yuva sərçə diləyi. Vallah ürəyimiz sərçə ürəyi, Mənim Vətən quşum boz …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=3907

Yan 16

Mən Dədə Qorqud… – Sərdar Amin

Ağlamalı olmasa da, ağlamsınmalı bir halım var, Ona yaxınlaşdıqca belə pərişan olur insan, Gözlərim yumulan kimi xatirələr mənasız ruhumu qanadlayır… Düşündüklərim dilimi tərpədir biixtiyar, Belə öz özünə danışan olur insan. Belə gülüşürmüş balaca-balaca uşaqlar adama. Beləcə göy üzü göl olubmuş – gözlərimiz dama-dama… Baharım baxçamdan bəlli, yaşım başıma təsəlli… Saçlarım üzümə ağ. Məzarla sızıldaşan qara …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=3878

Səhifə 1 - 3123