Kateqoriya: BİOQRAFİYA

Şəxsiyyətlərin həyat və yaradıcılığı

Camal Sürəya (bioqrafiya)

Şairin uşaqlığı   O, türk ədəbiyyatının ən məşhur, sevilən və şeirləri dillər əzbəri olan şairlərindən biri idi. Əsl adı Cəmaləddin Seber olan Camal Sürəya 1931-ci ildə Ərzincanda dünyaya göz açıb. Ancaq məşhur şairin əmisi Memo 1938-ci ildə Ərzincandan sürgün edilir. Böyük ailəyə bağlı olan atası Hüseyn isə qardaşını tək buraxmaq istəmir və ailə birlikdə getməli […]

Elçin (bioqrafiya)

Elçin Əfəndiyev  Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: “Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı […]

Orxan Fikrətoğlu (bioqrafiya)

Orxan Fikrətoğlu 1966-cı ildə  Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunubitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini,Mozalan satirik kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. Hazırda Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, Region TV və ATV […]

Kamal Abdulla (bioqrafiya)

Kamal Abdulla (Abdullayev Kamal Mehdi oğlu) — Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, AzərbaycanYaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas, ədəbiyyatşünas; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri. Kamal Abdulla Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı […]

İsa Muğanna (bioqrafiya)

İsa Hüseynov (İsa Muğanna) Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və 1952-ci ildə Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin […]

Hüseyn Cavid (bioqrafiya)

Hüseyn Cavid Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX […]

Əli Kərim (bioqrafiya)

Əli Kərim (Əli Paşa oğlu Kərimov) Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya […]

İsmayıl Şıxlı (bioqrafiya)

İsmayıl Şıxlı Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936).Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi […]

Nəsimi (avtobioqrafiya)

 Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi  Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şerlər yazdığı və hazırda bu […]