Kateqoriya Arxivi: ŞEİRLƏR

Apr 24

İtgin düşmüş Tanrı… – Əhməd Şamlunun şeirləri

Əlyazma.org Əhməd Şamlunun şeirlərini təqdim edir: İstəmirdim…   İstəmirdim Çingizin adını biləm, Nadirin adını bilmək istəmirdim. Şahların adını – Məhəmməd Xacənin və Teymurləngin, istəmirdim əzənlərin və əzilənlərin adını.   Sənin adını bilmək istəyirdim.   Və istədiyim tək bir adı bilmədim.    Gecəli   Əbədi Günəşlər arasında sənin gözəlliyin – bir lövbər. Elə bir Günəş ki, …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4270

Apr 18

Bir az… – Cəlil Cavanşir

Bir az… bir azdı hər şey… Mən bir az içirdim və bir az darıxırdım onda, Bir az tənha idim, amma bir az Bir az başqa qadınlar vardı həyatımda… Sən bir az tənha idin onda, bir az darıxırdın, bir az küskün idin həyata Bir az şans verməyi düşündün mənə, bir az… bir az sevirdin məni bəlkə …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4258

Apr 16

Özgə Qadın – Qəşəm Nəcəfzadə

Ey uzaqda dizini qucaqlayıb ağlayan, qadın, Bir dəfə tanımadın pəncərəmı, qapımı. Sən öyrətdin mənə sevməyi, sevilməyi, Sən xoşbəxt elədin evimdəki qadını. Özgə qadın Hər kişi, Özgə qadından yüyürür evindəki qadına Yüyürür, döşənir ayaqlarına. Özgə qadından öyrənir necə sevmək olar qadını, O qadından öyrənir hətta çiçək almağı. Ana olur, yar olur özgə qadın adama, Üst-başında gəzdirir …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4249

Apr 15

Saxlaram – Məmməd Qədir

Səni sevgiyə tutaram, Qızılda, ləldə saxlaram. İçimə çəkərəm səni, Dodaqda, dildə saxlaram. Kərəm elə qonağına, Oğrunca girim bağına, Sevgi çilərəm tağına, Çiçəkdə, güldə saxlaram. Eşqdən ev-eşik tikərəm, Sevgindən işıq çəkərəm, Arı tək keşik çəkərəm, Cəməndə, çöldə saxlaram. Xala qonub yanağında, Bülbül ollam budağında, Dodağımı dodağında, Əlimi teldə saxlaram. Esq güldü, qoxla, qadası, Sınaq et, yoxla, …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4243

Apr 15

Artur Rembo – Mənim bohema həyatım

Əlyazma.org Artur Rembonun sonetlərini təqdim edir.   Qış xəyalları Mavi ipəklə süslənib bizim çəhrayı vaqon Yerimiz rahat olacaq. Bura öpüş ocağı, bura ehtiras yeri, Eşq  yuvasıdır ancaq.   Burda baxa bilməzsən pəncərədən gecəyə, Qapayarsan gözlərini. Bir canavar sürüsü tək zülmətlərdə qorxudar Sirli varlıqlar səni.   Sonra duyarsan qəfil, yanağın necə pörtmüş, Xatırladar həmin an  üzündə …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4240

Apr 14

Samid Seyidov – Unutdum

Əlyazma.org gənc şair Samid Seyidovun “Unutdum” şeirini təqdim edir. Səni unutduğumu düşünən anda, Gördüm yox dilimin əzbərindəsən. İstədim çıxarım içimdən səni, Gördüm yox içimdə ən dərindəsən. Elə yerdəsənki ordan almağa Əlim də çatmayır çıxarım səni. Elə alışım ki, elə yanım ki, Alışıb yandırsın buxarım səni. Bax özüm yanıram odsuz alovsuz Tüstü,hisim pasım tutur ciyərmi. Hərdən …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4237

Apr 14

Səni çarəsizcə itirdiyim an ­ – Yelena Kuzminanın şeirləri

Əlyazma.org Yelena Kuzminanın şeirlərini təqdim edir: ANAMA   Dolayıb ayağına parça cırıqlarını – (Çəkməsi yox oğlanın, hər şey olur davada…) Alır sobanın üstdən köhnə gödəkçəsini, Pəncərədən boylanır. Açılıbdır hava da.   …Əriyib küçədə dünənki qar da, Kirli yarpaqlarla oynayır külək. Çudinova Tanya – o şəhərli qız Bu gün Moskvaya geri dönəcək.   Bəlkə unudacaq bu …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4231

Apr 14

Fələstin poeziyasından seçmələr: Günəşin düşmənləri

Mahmud  DƏRVİŞ (1942-2008), Şeiri vətən sayan şairin  həyatı mübarizə və sürgünlərdə keçmiş, şeirləri 20-dən çox  dilə çevrilmişdir. Nazim Hikmət və Lenin şeir  mükafatları almışdır. ŞƏXSİYYƏT  VƏSİQƏSİ Yaz! Mən ərəbəm . Şəxsiyyət  vəsiqəmin nömrəsi:50 000 Səkkiz uşağım var, doğulacaq payızda  doqquzuncu da! Acığınmı tutur buna?   Yaz! Mən ərəbəm. Yoxdur mənim nə adım, nə soyadım, Qəzəblə çalxalanan …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4228

Apr 13

“Xain lampa işığı öz kölgəsində gizlənir…” – Yeyts

İrlandiyanın dünya ədəbiyyatına bəxş etdiyi nəhəng simalarından biri də U. B. Yeytsdir. (1865-1939) Ədib 1923-cü ildə “Milli ruhu yüksək ədəbi formada özündə əks etdirən ilhamla dolu poetik yaradıcılığına görə” Nobel mükafatına layiq görülüb. Romantizmdən sonrakı ingilis şeirində yeni mərhələnin yaradıcılarındandır. Əlyazma.org Yeytsin bir neçə şeirini təqdim edir.     Bir içimlik nəğmə   Şərab ağızdan …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4225

Apr 05

Cəlil Cavanşir – Amor omnia vincit

Əlyazma.org Cəlil Cavanşirin “Doktora yazılan şeirlər” silsiləsindən Amor omnia vincit şeirini təqdim edir. indi, bu dəqiqə, bu an: bir kəpənək qanad çalmırsa dünyanın bu başında demək kimsə okeanın o tayında havasızlıqdan boğulur… indi Suriyada, Hələbdə öldürülürsə uşaqlar yəqin Himalayın ətəklərində hansısa kənddə doğulur -doktor, reankarnasiya gerçəkdirmi? indi, bu dəqiqə, bu an öz həyatımı canlandırıram absurd teatr …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4192

Səhifə 1 - 2812345...1020...Son »