Kateqoriya Arxivi: XƏBƏRLƏR

Apr 09

Orxan Fikrətoğlunun kitab təqdimatı keçiriləcək

Yazıçı Orxan Fikrətoğlunun “Alternativ kino” kitabının təqdimatı keçirilir. Əlyazma.org xəbər verir ki, təqdimat bu gün saat 15:00-da “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçiriləcək. Yazıçı təqdimat mərasimində eyni zamanda oxucular üçün “Tək” romanını da imzalayacaq. Görüşə hər kəs dəvətlidir. Ünvan: Məhəmməd Naxçıvani küçəsi – 1. (Dövlət Statistika Komitəsinin qarşısı) Oxunma sayı: 18

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4220

Mar 31

Yunus Əmrədə Mövlud Mövlud

Dünən Yunus Əmrə İnstitutunda gənc yazıçı Mövlud Mövludun anım gecəsi keçirilib. Tədbirə mərhum yazıçı Mövlud Mövludun yaxın dostları və qələm yoldaşları qatılıb. Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə keçirilən anım məclisini giriş sözü ilə fondun aparat rəhbəri, şair Qismət Rüstəmov açıb. Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış edərək salamlayıb, mərhuma Allahdan rəhmət diləyib. Yazıçı Səfər …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4170

Mar 27

XOŞ XƏBƏR – Kənan Hacı işlə təmin edild

Yazar Kənan Hacı işlə təmin olunub. Şairin Əlyazma.org -a verdiyi açıqlamaya görə artıq bu gündən işə başlayacaq: “Yaradıcılıq fondundan zəng elədilər. Artıq bu gündən işə dəvət ediblər. SİM-SİM.AZ mədəniyyət portalında redaktor işi təklif ediblər. Razılaşdıq. Artıq işə başlayıram. Yəqin ki, bu saytda ədəbi yazılarım da yayımlanacaq”. Qeyd edək ki, Kənan Hacı 20 ildən artıqdır ədəbi …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4151

Yan 16

Dünya şöhrətli Azərbaycan rəssamı: “Bayrağım Vindzor sarayına sancılıb”

Elyazma.org Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki Sakit Məmmədovla müsahibəni təqdim edir. Sakit müəllim, xoş gördük. Yorulmayasınız. İş başında görüşdük sizinlə, hansı əsər üzərində çalışırsınız? Çoxu elə düşünür ki, mən çox vaxt xarici ölkələrdə oluram. Amma mən xarici ölkələrdə işimlə əlaqəli qısa müddətli …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4135

Avq 12

Tikanlıqda çiçək misalı – Xaçmazdakı kitab-kafedə bir neçə saat

Sərdar Amin: “İşə tam olaraq biznes gözü ilə baxmırıq” Kitab bizim ağrılı yerimizdir. Paytaxtda kitab mağazaları kababxanalara, restoranlara uduzduqca, biz kitab əldə etmək üçün şəhərin bir ucundan o biri ucuna ayaq döydükcə də bu davam edəcək. Elektron kitab, reader, internet mütaliəsi, telefona endirilmiş kitablar… Bunların hamısı var, razıyam. Amma bir də klassik kitabçılar var, yəni …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4130

Avq 02

Xaçmazda yeni kitab evi açıldı

Xaçmazda “Sətir 6” kitab evi-book cafe fəaliyyətə başlayıb. Elyazma.org xəbər verir ki, “Sətir 6” adlanan kitab evində book club, book afe, kitab təqdimatları, ədəbi müzakirələr, film müzakirələri, conversation club və bir sıra mədəni tədbirlərin keçirilməsi üçün şərait yaradılıb. Kitab evində ölkə və dünya ədəbiyyatını əhatələyən, zəngin kitabxana oxucuların ixtiyarına verilib. Burada oxucular istədiyi kitabı yerində oxuya, …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4107

İyn 13

“Mən tanıqlıq edirəm” – Azər Həsrətin yeni kitabı

Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin daha bir əsəri işıq üzü görüb. 1990-cı ilin 20 yanvar olaylarına işıq tutan əsərdə yazar gördüklərini, yaşadıqlarını, eyni zamanda geniş ictimaiyyət tərəfindən bilinməyən gerçəkləri oxucuya təqdim edir. Əsərin qəhrəmanı rolunda çıxış edən müəllif həmin günlərdə Bakı Baza Energetika Texnikumunun tələbəsi, Azərbaycan Xalq Cəbhəsinin üzvü …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4097

Fev 03

“Film fiction”ın XXII sayı

Jurnalın 22-ci sayı “Günəşli” yatağında həyatını itirən insanlara həsr olunub. “Film Fiction” jurnalının 22-ci xüsusi buraxılışı işıq üzü görüb. Azərbaycanda sənət filmlərinə işıq salan barmaqla sayılan mətb orqanlardan olan “Film Fiction”un bu sayı Günəşli yatağında baş verən faciədə dünyasını dəyişən insanların xatirəsinə ithaf olunur. Jurnalının içindəkilərə gəlincə “Monika və Mikele: Sevgi hekayəsi” “Hit Ledcer: Evə …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=3818

Yan 15

Səhər Əhmədin yeni “Həyat simfoniyası” hekayəsi

“Əlyazma”  Səhər Əhmədin “Həyat simfoniyası” hekayəsini təqdim edir. Əməliyyatdan beş gün keçirdi. Ayağım yavaş-yavaş yer tutmağa başlamışdı. Hər şeyi yuxu kimi xatırlayırdım, narkozdan ayılma cəhdləri, kəskin ağrılar, bitməyəcək kimi görünən sayıqlamalar. İlk dəfə ayağa qalxanda başım necə fırlandısa, az qaldım yıxılam. Tibb bacıları başgicəllənməm keçəndən sonra qolumu buraxdılar. Çarpayının kənarlarından tuta-tuta pəncərəyə qədər gedə bildim. Səhər …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=3841

Yan 15

Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu

“ATV Kitab” seriyasının növbəti nəşri – müasir Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən olan Mirmehdi Ağaoğlunun “Alman malı” hekayələr toplusu işıq üzü görüb. “ATV Kitab” seriyasının rəhbəri Səlim Babullaoğlu deyir ki, kitabın nəşri diqqətəlayiq hadisədir. Onun fikrincə bu, kitab seriyasının müasir ədəbiyyatımıza verdiyi töhfə, çağdaş ədəbi prosesin nəbzini tutmaq cəhdidir. Mirmehdi Ağaoğlu yeni yazıçılarımız arasında seçilən, özünəməxsus …

Oxumağa davam et »

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=3838

Səhifə 1 - 912345...Son »